Bakıda bağ evində DƏHŞƏT: qadının asılmış meyiti tapıldı

1192

Bakıda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, ötən gecə saat 01 radələrində Xəzər rayonu Qala qəsəbəsi Xaşa Xuna bağ evləri massivində yaşayan 1970-ci il təvəllüdlü Rzayeva İradə Məmməd qızının meyiti tapılıb.

Yaxınları onun meyitini ikinci mərtəbənin eyvanında dəmir barmaqlıqdan asılmış vəziyyətdə tapıb və dərhal polisə məlumat verilib.

İlkin məlumata görə, İ.Rzayeva intihar edib. Onun hansı səbəbdən həyatına son qoyması hələlik tam dəqiqləşməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər