Bakıda gəmidə PARTLAYIŞ: 3 neftçi yandı – ADLAR

1562

Azərbaycan neft şirkətinə məxsus gəmidə yanğın baş verib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdiriliblər. İlkin tibbi yardım göstərildikdən sonra onlar Mərkəzi Neftçilər xəstəxanasına göndəriliblər.

Yaralılar bunlardır:

1983-ci il təvəllüdlü Azər Vəliyev,
1992-ci il təvəllüdlü Böyükağa Xəlilov,
1989-cu il təvəllüdlü  Paşayev Bəhruz

****

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Unikal.org-a açıqlamasında hadisəni təsdiqləyib. Bildirib ki, hadisə nəticəsində SOCAR-ın 3 əməkdaşı xəsarət alıb və gəmi isə başqa şirkətə məxsus olub.

16:38

Bu gün saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Unikal.org Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumata əsasən xəbər verir ki, nəticədə Şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.
Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılıb. Hazırda hadisə yerində araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər