Bakıda itkin düşən 14 yaşlı qız tapıldı – YENİLƏNİB

705

Yanvarın 12-də səhər saatlarında itkin düşən 2006-cı il təvəllüdlü Məmmədova Mədinə Camal qızı tapılıb.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA -ya verilən məlumata görə, 14 yaşlı M.Məmmədova ailəsinə təhvil verilib.

00:49

Bu gün səhər saatlarında Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86 ünvanında yaşayan 2006-cı il təvəllüdlü Məmmədova Mədinə Camal qızı itkin düşüb.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA -ya verilən məlumata görə, bununla bağlı M.Məmmədovanın valideynləri ərizə ilə müraciət ediblər.

Hazırda itkin düşən 14 yaşlı M.Məmmədovanın tapılması istiqamətində axtarış əməliyyatları aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər