Bakıda kərə yağı adı ilə marqarin və başqa yağlar satırlar – VİDEO

1423

Kərə yağı adı ilə marqarin və başqa yağların vətəndaşlara satılmasının qarşısı alınacaq.

Xəzər TV-yə istinadən xəbər verir ki, bunun üçün Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası Qida Təhlükəsizliyi Agentliyi ilə birgə işçi qrupu yaradır.Yaradılan işçi qrup süd məhsullarının üzərinə vurulan məlumatları araşdıracaq.

Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyanın İdarə Heyətinin sədri Samir Eyyubovun sözlərinə görə, bəzi yerlərdə satışda tərkibində müxtəlif qarışıqları olan palma yağlarına rast gəlmək olur ki, bu da insan sağlamlığı üçün zərərli hesab edilir. Lakin həmin məhsulun üzərində bu barədə yazılmır.

Vətəndaşların da satışda olan yağların keyfıyyəti ilə bağlı fikirləri birmənalı deyil.

Samir Eyyubov deyir ki, vətəndaşlar yağ alarkən malın üzərində yazılanları diqqətlə oxumalı və yağ seçərkən qiymətinə önəm verməlidirlər.

Yaxın vaxtlarda Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası və Qida Təhlükəsizliyi Agentliyi birgə reydlərə başlayacaq.

BAKU.WS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər