Bakıda “Mercedes” sürücüsü “Lexus”u qəzaya salıb qaçdı – REAL VİDEO

1278
İkinci zolaqdan sola dönməyə çalışan sürücü heç nə olmayıbmış kimi aradan çıxıb

Martın 10-da paytaxtın Yusif Səfərov küçəsində qəza baş verib. Qəzanın başvermə adnı Avtosfer.az-ın kamerasına düşüb. Həmin küçənin sağ zolağıyla hərəkət edən 90-UP-906 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil qəfildən sol zolağa keçib geriyədönmə yerinə daxil olmaq istəyərkən sol zolaqda hərəkət “Lexus” markalı avtomobilin qarşısına çıxıb. Bu vaxtı “Lexus”-un sürücüsü qəzadan yayınmaq üçün sükanı sola burub, lakin qəza qaçılmaz olub. O, ayırıcı zolağın üzərinə çıxaraq əks istiqamətə keçib. Qəzaya səbəb olan sürücü isə heç nə olmamış kimi dərhal hadisə yerindən yayınıb.

Hadisə şahidlərinin sözlərinə görə “Lexus” markalı avtomobilin ön hissəsinə ciddi ziyan dəyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər