Bakıda ölən piyadanın yaxınları axtarılır – Foto

1386

Xəbər verdiyimiz kimi, sentyabrın 5-də gecə saat 01:24-də Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında 55-60 yaşlarında naməlum kişi yol nəqliyyat hadisəsi zamanı avtomobil vurması nəticəsində dünyasını dəyişib.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, onun xarakterik əlamətləri: boyu 170-santimetr, arıq bədən quruluşlu, saçları ağdır.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə (012) 490-88-27, həmçinin 055-277-71-53 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər