Bakıda qız sevgilisindən icazəsiz "Gənclik Mall"a getdiyi üçün döyüldü

379

Məşhur ticarət mərkəzində oğlan sevgilisini döyüb. Hadisə Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall”da qeydə alınıb.

“Ölkə.Az” xəbər verir ki, Orxan adlı şəxs 1999-cu il təvəllüdlü Aysel Duniyevanı döyüb.

Zərərçəkən qız ərazi üzrə Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət edib. İlkin izahatı zamanı Aysel, Orxanı sevdiyini, münaqişənində elə qısqanclıq üstündə baş veriyini bildirib. Sevgilisinin sözünə qulaq asmayan qız ondan icazəsiz ticarət mərkəzinə gəlib. Qızın “Gənclik Mall”da olması xəbərini Orxana çatdırıblar. Təcili ticarət mərkəzinə gələn Orxan əsəblərini cilovlaya bilməyib və sevgilisini döyüb.

Faktla bağlı 18-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb, hər iki şəxs dindirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər