Bakıda səhər işə gedən qadını küçədə niyə öldürdülər? - Dəhşətli qətllə bağlı YENİ XƏBƏR

1049

Bakı şəhərinin Suraxanı rayonunda küçədə öldürülən qadının adı məlum olub.

Publika.az xəbər verir ki, şənbə günü səhər saatlarında Qaraçuxur qəsəbəsi ərazisində küçədə naməlum şəxsin hücumu nəticəsində çoxsaylı bədən xəsarətləri ilə öldürülən qadının 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Fəxrəddin qızı olması müəyyən edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, 33 yaşlı qadını bir müddət əvvəl rəsmən boşandığı həyat yoldaşı, 1983-cü ildə anadan olmuş Məmmədov Xosrov Elman oğlu qətlə yetirib.

Bildirilir ki, Əfsanə ilə Xosrov boşanandan sonra da, onların arasındakı münaqişə davam edib. Oktyabrın 6-da səhər işə getmək üçün evdən çıxan Əfsanə yolda keçmiş əri ilə qarşılaşıb. X.Məmmədov əvvəlcədən planlaşdırdığı kimi 2 övladının anası olan Əfsanəyə hücum edərək ona çoxsaylı zərbələr endirib. Ətrafdakı şəxslər ona mane ola bilməyib və qadın hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. X.Məmmədov tutularaq istintaqa təhvil verilib.

*****

Bakı şəhərinin Suraxanı rayonunda qətl törədilib.

Publika.az xəbər verir ki, dünən Qaraçuxur qəsəbəsi ərazisində küçədə naməlum şəxs qadına hücum edərək onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ətrafdakı şəxslər qadına kömək edə bilməyib və o, hadisə yerindəcə keçinib.

Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Onun həmin qadının keçmiş həyat yoldaşı olduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər