Bakıdan Sumqayıtadək sürətli tramvayın hərəkəti üçün estakada salına bilər

770

Gələcəkdə Azərbaycanda intellektual idarəetmə vasitəsilə sürətli tramvayların hərəkəti üçün estakada tikilə bilər. Bunu Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədov bildirib. “Məsələ hələ ki, Nazirlər Kabinetinin müzakirəsinə çıxarılmayıb. Tələbat yaranacaqsa, nazirliyimiz məsələni hökumət səviyyəsində qaldıracaq”, – deyə S.Məmmədov bildirib.
Əgər Nazirlər Kabineti təklifi qəbul edərsə, gələcəkdə Bakı Beynəlxalq Avtovağzalından Sumqayıtadək sürətli tramvayın hərəkəti üçün estakada yaradılacaq. Tramvay Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edəcək.
Şöbə müdiri belə nəqliyyat vasitəsindən xarici ölkələrdə uğurla istifadə olunduğunu xatırladıb: “Onlar televizorla da təchiz olunur və sərnişinlər üçün çox komfortludur. Bu nəqliyyat vasitəsi ətraf mühiti çirkləndirmir. Çünki elektrik enerjisilə işləyir. Üstəlik, belə tramvaylar bilavasitə insanın iştirakı olmadan idarə edilir”.
Yeni nəqliyyat vasitəsinin nə vaxt peyda olacağına gəlincə, S.Məmmədov bunun belə tramvaylara olan təlabatdan və hökumətin qərarından asılı olduğunu söyləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər