Bakının girişində yük maşını qəza törətdi - TIXAC YARANIB

1186

Bakıda ağırtonnajlı maşın qəza törədib.

Hadisə bu gün səhər saat 08:40 radələrində metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib.

Moskva prospektindən üzü şəhər istiqamətinə hərəkət edən yük avtomobili 20 Yanvar körpüsündəki beton maneəyə dəyib. Təkərləri partlayan maşının yük yerində olan qum yola dağılıb.

Hadisə nəticəsində sözügedən prospektdən üzü şəhər istiqamətinə olan yolda avtomobillər arasında sıxlıq yaranıb. Şahidlərin bildirdiyinə görə, qəza yerinə yol polisi də cəlb olunub.(Trend)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər