“Bank of Azerbaijan” Sumqayıt şəhərində yeni filialını açıb

813

“Bank of Azerbaijan” filial şəbəkəsinin optimallaşdırılması siyasətini davam etdirir. Bankın Sumqayıt şəhərində yerləşən yeni filialı fəaliyyətə başlayıb. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Yeni filial Sumqayıt şəhəri Sülh küçəsi, 30-cu məhəllə, ev 10/6 ünvanında rahat yerdə yerləşir. 2010-cu ilin sonunadək Bankın Yevlax və Gəncə şəhərlərində növbəti regional filiallarının açılışı planlaşdırır.

Bankın uzunmüddətli inkişaf strategiyasında filial şəbəkəsinin genişləndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Bekə ki, “Bank of Azerbaijan” 2011-cı ilin sonuna filial şəbəkəsini 20-yə çatdırmaq niyyətindədir. Hazırda bankın 15 filialı (Sumqayıt filialı da daxil olmaqla) fəaliyyət göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər