“Belə rəsmi sənəd mövcud deyil" - Sumqayıtda 3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmə prosesindən

1366
Fevralın 14-də Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzu Qurbanlının ölümündə təqsirləndirilən “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xeberle.com məlumat verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Sumqayıt şəhər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qərarı ilə keçirilmiş təkrar komisiyon məhkəmə tibbi ekspertiza rəyinin nəticələri müzakirə olunub.
Bildirilib ki, öncə verilmiş ekspert rəyləri ilə məhkəmə araşdırmaları arasında kifayət qədər ziddiyyətli məqamlar olub. Bu ziddiyyətlərə aydınlıq gətirmək üçün bilavasitə respublikanın baş mütəxəssislərinin, həmçinin Səhiyyə Nazirliyinin baş anestezioloqu Aydın Qədirovun ekspert rəyinin verilməsinə cəlb edilməsi və bununla bağlı Səhiyyə Nazirliyinə müvafiq məktub göndərilib.
Təqsirləndirilən şəxsin vəkili Əli Huseynov qeyd edib ki, 3 aydan sonra Baş Ekspertiza İdarəsinin Təkrar Komisiyon Ekspertiza şöbəsinin rəisi Fəxrəddin Abbasov tərəfindən həm Səhiyyə Nazirliyinin göstərişi, həm də məhkəmənin qərarı kobud şəkildə pozulub. Belə ki, Aydın Qədirov obyektiv rəy versə də, onun verdiyi rəy məhz Fəxrəddin Abbasov tərəfindən ekspert rəyinə yerləşdirilməyib. Bunun əvəzində özlərinə sərf edən şəkildə rəyi formalaşdırmaq məqsədilə baş mütəxəssisi yox, hər hansı bir şöbənin assisentinin mütəxəssis qismində ekspertiza rəyinə cəlb ediblər.
Ə. Hüseynov bununla da həm məhkəmə qərarı, həm də Səhiyyə Nazirliyinin tapşırığının kobud şəkildə pozulduğunu bildirib.
Dövlət ittihamçısı isə baş mütəxəssisin rəyinə ehtiyac olmadığını məhkəmənin nəzərinə çatdırıb. Zərərçəkmişin vəkili ittihamçının bu fikrini dəstəkləyib.
Təqsirləndirilən şəxsin vəkili Ə.Huseynov verilmiş rəyi qərəzli hesab etdiyini deyib və məhkəmə qarşısında vəsatət qaldırıb. O, məhkəmə qərarının pozulduğunu əsas gətirərək təkrar ekspertizanın keçirilməsini, rəy vermiş anestezioloq və baş mütəxəssis Aydın Qədirovun, eləcə də Təkrar Komisiyon Ekspertiza şöbəsinin rəisi Fəxrəddin Abbasovun məhkəməyə dəvət edilməsini tələb edib.
İttihamçı-prokuror tərəfindən təqsirləndirilən şəxs İsmayıl Qənbərova qarşı irəli sürülmüş 320.1 maddəsi haqqında fikir yürüdülüb, işin gecikdirilməməsi haqqında vəsatət verilib.
Bu maddənin verilməsinə prokurorluq tərəfindən əsas göstərilmiş sənəd haqqında hakim Səhiyyə Nazirliyindən alınmış məktubu elan edib və məlum olub ki, 320.1 maddəsinin günahlandırmaya səbəb olmuş “anestezioloji vəsait” jurnalı adlı rəsmi sənəd tibbi sənədlər siyahısında mövcud deyil.
Verilmiş vəsatətlər haqqında hakim növbəti iclasda münasibət bildirəcəyini qeyd edib və proses başa çatıb.
Növbəti məhkəmə iclası fevralın 21-ə təyin olunub.  Xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər