Bir ailənin 6 üzvü yanaşı dəfn edildi - SUMQAYITDA

1471

Sumqayıtda baş vermiş dəhşətli hadisədə ölən 6 nəfər dəfn edilib. Lent.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölən bir ailənin üzvlərinin meyitləri Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Sumqayıt şəhər şöbəsindən yaxın qohumlarına təhvil verilib. Əslən Füzuli rayonunun Kərimbəyli kəndindən olan ailənin bütün üzvləri Sumqayıt şəhərindəki qəbiristanlıqda yanaşı dəfn edilib.

Sumqayıt şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sülh küçəsi, 5-ci məhəllədəki binanın zirzəmisində dəm qazından boğularaq ölənlər 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, həyat yoldaşı, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, qızı, 1987-ci il təvəllüdlü Sara Hüseynova və nəvələri: 2009-cu il təvəllüdlü Fərid Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Abbasova təxminən 15-20 gün əvvəl oraya köçüb. Hadisə isə 8-10 gün əvvəl baş verib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər