Bir zamanların məşhur mankeni indi keçi otarır

1421

Türkiyədə, 90-cı illərin məşhur mankeni Bilun Dohmen Muğla vilayətiin Bodrum rayonuna köçərək burada kənd həyatını yaşamağa başlayıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gündoğan məhəlləsində kiçik təsərrüfat həyəti alan keçmiş manken indi heyvan bəsləyib, orqanik bitkilərin yetişdirilməsi ilə məşğuldur.

Bir zamanların parlaq ulduzu indi əyninə anadolu kənd qadınlarının geyimini keçirərək hər gün toyuq yumurtası toplayır, keçilərini otarır, quşları yemləyir.

Dohmen mankenliklə məşğul olduğu illərdə də ən böyük xəyalının bir kəndə yerləşib sakit həyat keçirmək istədiyini söyləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər