Bitib-tükənməyən nəqliyyat dərdi

786

Bizdə piyadalar avtomobil yoluyla, avtobomillər isə piyadaların yoluyla hərəkət edir

Azərbaycanın əsas potensialı, demək olar ki, ölkə əhalisinin yarısı paytaxtda cəmləşib. Yeni körpülər istifadəyə veriləndən sonra  problemlərin aradan qalxacağı düşünülürdü. Amma bu gözləntilər nəinki özünü doğrultmadı, hətta bu sahədə əlavə problemlərin də yaranmasına gətitib çıxardı.   İctimai nəqliyyat elə bir sistemdir ki, hər gün 100 minlərlə insan bu nəqliyyat növündən istifadə edir.

Bəzi marşurutların hərəkət istiqamətlərinin dəyişdirlməsi gərgin olan situasiyanı daha da alovlandırıb. Bu özünü onsuz da yaxşı olmayan sürücü-sərnişin münasibətlərində də biruzə verir.

Hazırda paytaxtın sərnişindaşıma sistemi tam gücü ilə işləyir, amma yenə də nəqliyyatda ayaqüstü getmək üçün belə yer tapılmır.  Bu sıraya metronu da əlavə etmək olar ki, burada da vaqonlarda az qala sərnişinlər bir-birini “belində” gedir.  Hər gün bir çoxumuz sürücü-sərnişin mübahisəsinin, bəzi hallarda isə hətta davasının şahidi oluruq. Buna  təkan verən proseslərdən biri də, bəzi sürücülərin mədəniyyətsizliyi ilə bağlıdır. Məsələn, avtobus salonlarında olduqca gur səslə musiqi oxudulması sərnişinləri bezdirir. Bu haqda sürücülərə irad tutanda isə, deyirlər ki, xoşun gəlmir, düş başqa avtobusa min, mənim kefim belə istəyir… Şəhərdə nəqliyyatın hərəkətinə maneə yaradan faktorlardan biri də odur ki, bizdə piyadalar avtomobil yoluyla, avtobomillər isə piyadaların yoluyla hərəkət etməyi adi hala çeviriblər. Səkilərdə dayanan avtomobillər piyadaları küçənin ortası ilə getmək məcburiyyətində qoyur ki, bu da ölüm hallarının baş verməsinə səbəb olur. Küçəni harda gəldi keçməklə avtomaşınlar üçün qəza şəraiti yaratmaqdan piyadalar isə, öz həyatlarına təhlükə yarandığına əhəmiyyət belə vermirlər. Nə qədər körpülər, yol ötürücü qurğular istifadəyə verilsə də, vəziyyət düzələn deyil. Ona  görə də şəhər mədəniyyətini inkişaf etdirmək, insanların şüurlarında inqilab etmək lazımdır.  Bir məsələyə diqqətinizi yönəldək.  Bəyənmədiyimiz  Sovet dövründə nə bu qədər avtomobil vardı, nə də avtomobil qəzaları. Amma indi avtomobillərin sayı artdıqca hər il dekabrın 31-i, martın 20-21-i ağır nəticələri olan avtoqəzalarla yadda qalır. Ən gülməli də budur ki, xarici markalı maşın sahibi olanlar da dolanışığın pisliyindən, işsizlikdən şikayətlənməkdən yorulmurlar və hətta bu cür “ağlaya-ağlaya” müxalifətçilik edənlər, qanunsuz etiraz aksiyalarında “çörək” qışqıranlar da tapılır. Bu da bir Azərbaycan reallığıdır.

Beynəlxalq Avtovağzal Kompleksinin istifadəyə verildikdən  sonra isə yeni avtovağzalda xüsusi “Sumqayıt avtovağzalı” deyilən yer ayrıldı. Kiçik və ortatutumlu avtobusların əvəzinə xəttə yeni gətirilən iritutumlu avtobuslar buraxıldı. Sumqayıtdan paytaxta gələnlər öncə şəhərdaxili marşrutla Sumqayıt avtovağzalına, avtovağzalda düşüb şəhərlərarsı marşrutla Bakı Beynəlxalq Avtovağzalına, oradan da şəhərdaxili marşrutla “20 Yanvar”a getməli, oradan isə şəhərə getmək üçün yeni marşruta minməlidir. Sumqayıt sakinləri eyni prosesi evlərinə qayıdarkən də yaşamalıdırlar. Beləliklə işə gəlib- getmək üçün sumqayıtlılar gün ərzində azı 6 marşrut dəyişməli, ikiqat artıq pul və vaxt sərf etməlidirlər.  Yaxşı ki, Sumqayıt-Bakı istiqamətində hərəkət edən 111 saylı marşurut bərpa edlidi.  Bu marşurutun xidmətindən istifadə edənlər  qismən də olsa digərlərinin yaşadığı problemlərdən uzaqdırlar.

Sürücülər sağlamdır?

Digər bir problem isə səhhətində problemləri olan şəxslərin sürücülük vəsiqəsi ilə təmin edilməsidir. Bu günədək çoxsaylı qəzaların əsas səbəblərindən biri də xəstə şəxslərin maşınları idarə etmələridir. Hətta ürək çatışmazlığı, əsəb-sinir xəstəliyi və digər şiddətli problemlərlə üz-üzə qalanların avtomobil sürərkən xəstəliklərinin şiddətlənməsi üzündən özünü və maşını idarə etmə qabiliyyətlərini itirməsi və qəza törətməsi faktları qeydə alınıb.  Əslində, marşurt sürücüləri hər gün tibbi müayinədən keçməli, ciddi şəkildə yoxlanılmalıdır. Ancaq bu yalnız kağız üzərindədir.

Hər gün ödənilən kiçik məbləğ müqabilində onlara tam sağlam olmaları haqda “tibbi arayış” verilir. Sürücülərin xərcləri bununla da məhdudlaşmır. Onlar plan ödəməkdən başqa həm də, gün ərzində daha bir neçə ünvana da lazımi “hörmət” etməlidirlər. Bu hesabla əksər sürücülər sutka ərzində 16-18 saat işləməyə məcbur olurlar ki, bu da qəzaların baş verməsi üçün əlavə stimul yaradır. Beləliklə, son illərdə görülən bir sıra işlərə baxmayaraq Bakının sərnişin nəqliyyatı sistemində problemlər hələ də davam edir.

Kimlərsə müəyyən yollarla sürücülük məktəblərində təlim keçmədən və təhsil almadan müxtəlif yollarla sürücülük vəsiqəsi əldə edirlər. Avtobus idarə edən bəzi “sürücülərin” yolda təhlükəli manevrlər etməsi artıq adi hala çevrilib. Bəzən isə, sürücülər hansısa çayxananın yanında düşüb sükanı verirlər yeniyetmə bir oğlana ki, bir “kruq” vurub gəlsin. Əksər hallarda, yol polisi avtobus sürücülərinin sənədlərini yoxlamırlar. Bu da belə halların artmasına gətirib çıxarır.

Metropoliten demək olar ki, qüsursuz işləyir, yayın istisində metro vaqonlarının pəncərələrinin bağlı saxlanması nəticəsində havasızlıqda ürəyi zəif insanların özündən getməsi nəzərə alınmazsa

Ramil Zeynallı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər