Böyük Britaniyalı hüquq müdafiəçiləri Sumqayıtda oldu

760

DSC08487Insan Hüquqlarının Müdafiəsinin Avropa Mərkəzinin (The European Human Rights Advocacy Centre (EHRAC) bir qrup əməkdaşı Azərbaycanda ikigünlük işgüzar səfərdə olmuşdular. Qrupa Mərkəzin direktoru, insan hüquqları sahəsində  Avropoda tanınmış mütəxəssis, London Metropolitan Universitetinin professoru  Philip Leach başçılıq edirdi. Xarici mütəxəssislər Bakıda yerli vəkillər üçün Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası ilə bağlı təlim keçirmişdilər. May ayının 19-da qrup üzvləri Sumqayıt şəhərində fəaliyyət göstərən Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin ofisində olmuş və qurumun fəaliyyəti ilə tanış olmuşdular. Mərkəzin rəhbəri Əsabəli Mustafayev  qonaqlara insan hüquqlarının müdafiəsi ilə bağlı təşkilatın milli məhkəmə və Avropa Məhkəməsində apardığı işlər ilə tanış etmişdir. Mərkəzin rəhbərinin verdiyi məlumata görə indiyə qədər təşkilat tərəfindən Avropa Məhkəməsinə 57 şikayət göndərilmişdir və bu ölkə üzrə böyük göstəricidir. Bu işlərdən bəziləri üzrə artıq məhkəmə qərarları vardır. Mərkəz rəhbəri həm də onu bildirmişdir ki, bu ərizələrdən 25-i qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı Ermənistana qarşı verilmişdir.

Görüşdə təşkilatlar arasında gələcək əməkdaşlıq barədə bir sıra konkret razılaşmalar əldə edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər