“Böyük qayıdış” çərçivəsində Laçın sakinləri öz doğma el-obalarına qovuşacaqlar

457

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biri olmaqla yanaşı, dilbər güşələrindən hesab edilir. Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olmuşdur. Hazırda1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarət olan Laçın rayonunun ümumi sahəsi 1835 kvadrat kilometrdir.

Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilərək talanmışdır. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur.

Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonununən böyük hissəsi isə siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.

Laçın rayonu noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə Bəyanat imzalandıqdan sonra geri qaytarılıb.

Azərbaycan Respublikasının Ali Baş Komandanının da dediyi kimi – “Bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk. Əlbəddə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər də imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar”.

Sirr deyil ki, Laçının işğalı məhz AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsi idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı. Hansı ki, bu da torpaqların Ermənistana verilməsi, satılması kimi çirkin niyyətə çatmaları üçün ermənilərə bir fürsət idi.

Təssüf ki, həmin dövrdə Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb oldu. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş – 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləlikləkeçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradıldı. Sözügedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərindən idi.

Həmin dövrdə – 1992-1993-cü illərdə ərazilərimizin 20 faizə yaxın hissəsinin işğal altına düşməsi nəticəsində xalqımız “uduzmuş xalq” sindromunu yaşayırdı. Lakin bu gün artıq xalqımız qalibdir və özünə, dövlətinə, ordusuna bütün varlığı ilə inanır. Ölkə başçısı, cənab İlham Əliyevin sözləri ilə desək – “Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi – ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir!”

Rəşadətli Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanaraq dünyaya öz gücünü göstərdi və bir daha sübut etdi ki, Azərbaycan xalqı öz yurduna, torpağına bağlı millətdir. Qəhrəman oğullarımızın bu şücaəti nəticəsində digər işğal altındakı rayonlardan olan həmvətənlilərimiz kimi, Laçın sakinlərinin də 28 illik həsrətinə son qoyuldu. İnanırıq ki, ən qısa zamanda “Böyük qayıdış” çərçivəsində Laçın sakinləri də öz doğma el-obalarına qovuşacaqlar.

“Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.” – Prezident İlham Əliyev

Ceyhun Hüseynov, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin gənclər sahəsi üzrə sektor müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər