“Bravo” komandası “Yumor Kuboku” Televiziya Müsabiqəsinin qalibi olub

1064

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Planet Parni iz Baku Studiya” MMC tərəfindən ikinci ildir ki, “Yumor Kuboku” televiziya müsabiqəsi təşkil edilir. Müsabiqənin 2010/2011-ci il mövsümünün birinci – seçim mərhələsinə müraciət etmiş 70 komandadan növbəti – final mərhələsinə 16-sı vəsiqə qazanmışdır. Final mərhələsində “Bravo”, “Dəniz Sumqayıt” və “X-6” komandaları Sumqayıt şəhərini təmsil etmişdir. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində “Sumqayıtlı Gənclər” Şən və Hazırcavablar Klubunun “Bravo” komandası 4 ay müddətində davam etmiş müsabiqə dövründə yumor və satira janrında 18 süjet hazırlamışdır. “Bravo” komandasının videosüjetləri fərqlənərək tamaşaçıların SMS-səsverməsi nəticəsində final günündə Qax rayonunun “Qax” komandasına həlledici üstünlüklə (66,42%) qalib gəlmişdir. “Bravo” komandası “Yumor Kuboku” televiziya müsabiqəsinin qalibi kimi yumor kuboku və 10 min manat məbləğində pul mükafatına sahib olmuşdur. Bundan başqa komandanın kapitanı M. Hüseynov “ən yaxşı kapitan” nominasiyasında Diplomla təltif edilmişdir.

Xatırladaq ki, Sumqayıt şəhərinin yığma komandası “Bir qoşa” müsabiqəsinin 2009/2010-cu il mövsümünün də qalibi olmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Bahar
    Yanvar 29, 2011 - 02:22

    HERDEN BIR BAXIRDIM.SUMQAYITA BRAVO)))GULUB GULDURMEKDE BIRINCIYIK DE MASALLAH.GULUMSEYIN CENABLAR:)

  • Kasıb
    Yanvar 30, 2011 - 20:34

    Sumqayıtın fəxri də olsalar Amma hər müəsisədən 10 manatlıq kart aldırıb onlara “KÖNÜLLÜ”dəsdək verəndə 1 yox lap dünya çempionu olmalı idilər.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər