Bu gün karantini pozan 900 nəfər cərimələndi

1116

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələnib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, karantin rejimi təqbiq olunan vaxtdan yəni iyunun 6-sı saat 00.00-dan bu gün saat 17.00-a qədər 900-ə yaxın şəxs barəsində inzibati protokol tərtib edilib. Nəqliyyatın hərəkəti qadağan edildiyindən, bütün mağaza və restoranların, həmçinin iaşə obyektlərinin fəaliyyəti tam dayandırıldığından Bakının küçə və prospektlərində, park və xiyabanlarında tam boşluq yaranıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər