Bu il Sumqayıtda dörd müəssisə işə başlayacaq, 600-dən çox iş yeri yaradılacaq

2244

2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında dörd müəssisənin istehsal fəaliyyətinə başlaması planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunlar “Azərbaycan Vanhong Ceramics Co” MMC-nin (Çin kapitallı şirkət) keramik plitələr istehsalı müəssisəsi, “AK Pack” MMC-nin yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsi, “Novus Plastica” MMC-nin polimer məhsullar emalı müəssisəsi və “UPI – Universal Packing İndustry” QSC-nin qablaşdırma məhsulları istehsalı müəssisəsidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər