Bu xidmətlər özəl klinikalarda ödənişsiz olacaq

1044

İcbari tibbi xidmətlər zərfində göstərilən xidmətlər yalnız dövlət müəssisələrində deyil, özəl klinikalarda da göstəriləcək.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, bəzi xidmətləri İTSDA tabeliyində olan dövlət tibb müəssisələrində göstərmək mümkün deyil:

“Ona görə də əhalinin bu xidmətləri daha rahat şəkildə, ödənişsiz əldə edə bilməsi üçün özəl klinikalarla da müqavilələrimiz var. Bunlar əsasən, aorta koronar şuntlama, anjoplastika, ağır neyrocərrahiyyə əməliyyatları, müştərək travmalar, qapalı ürək əməliyyatları və s. kimi əməliyyatlar bizim müqaviləmiz olan özəl klinikalarda həyata keçiriləcək. Sadəcə olaraq, bu əməliyyatların edilməsi üçün vətəndaş ilkin olaraq, agentliyin tabeliyində olan ərazi üzrə tibb müəssisələrinə müraciət etməlidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər