Bunu edəcək QADINLAR AXTARILIR - Dünyada ilk dəfə yaşanacaq SENSASİYALI HADİSƏ

1462

Bəşəriyyət dərin tədqiqatla Günəş sisteminin koloniyalaşdırılmasına ümid edir. Amma alimlər iddia edirlər ki, bunun üçün kosmosun insan orqanizminə necə təsir edəcəyini öyrənmək lazımdır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “SpaceLife Origins” şirkəti Yer kürəsindən kənarda uşaq dünyaya gətirməyə hazır olan qadın könüllülər axtarır.

Şirkət nümayəndələri bildirirlər ki, bu sınağı 2024-cü ildə həyata keçirməyi planlaşdırırlar. Tədqiqatçılar qeyd edirlər ki, əgər hər şey müvəffəqiyyətlə keçərsə, onda həqiqətən də planeti tarixi hadisə gözləyir və körpə sivilizasiyanın mövcudluğunun bütün tarixi boyu Yer kürəsindən kənarda doğulmuş birinci insan olacaq.

“SpaceLife Origins” olan alimlər danışırlar ki, bəşəriyyət kosmosda çoxalmağın necə olduğunu anlamalıdır. Bu sınaq üçün bir neçə on milyon dollar lazım olacaq.

Cəsarətli qadın könüllülərin axtarışı artıq 2022-ci ildə başlanacaq.

Xatırladaq ki, məşhur Böyük Britaniya astrofiziki Stiven Hokinq ölümündən əvvəl (bu il martın 14-də 77 yaşında ölüb – red.) insanların başqa planetlərə miqrasiyasının müddətini açıqlamışdı. Fizikə görə, insanlar ən yaxın 30 ildə Yer kürəsindən köçməyə başlamalıdır.

Alim hesab edirdi ki, yaxşı koloniyaların yaradılması üçün Ay və Mars daha münasibdir. Onun fikrincə, Ay 30, Marsda isə 50 il ərzində koloniya yaradıla bilər.

Bundan başqa, Hokinqin sözlərinə görə, kosmik miqrasiya iqlim dəyişikliyi, əhalinin sürətlə artması və planetin başqa problemlərindən qaçmağa imkan verəcək. Astrofizik uzaq kosmik sərhədlərin mənimsənilməsi ilə Amerikanın Xristofor Kolumb tərəfindən kəşfini müqayisə edib. O, başqa planetlərə miqrasiyanı insan sivilizasiyasının təbii inkişaf yolu adlandırıb.

Qeyd edək ki, Stiven Hokinq daha əvvəl isə Yer kürəsində 100 il sonra qlobal faciənin olacağını proqnozlaşdırıb. O, müsahibəsində deyib ki, bəşəriyyət başqa planetlərə köçməyə məcbur olacaq. Alimin fikrincə, 4 səbəb qlobal faciənin gətirə bilər: qlobal iqlim dəyişikliyi, pandemiya (yoluxucu xəstəliyin, məsələn, vəba, taun və qripin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri əhatə etməsinə deyilir – red.), böyük asteroid zərbəsi və Yer kürəsinin əhalisinin sürətli artımı. Nəticə olaraq, planetin bəşəriyyət üçün yararsız olacağı güman edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər