Bunu etməyə polisin ixtiyarı yoxdur - Əksər sürücülərin bilmədiyi QAYDA

1677

“Yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılan sürücü avtomobilin cərimə meydançasına aparılması üçün polisdən imtina etmək hüququ var”.

Bunu BAKU.WS-ə Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, əgər sürücü istəmirsə avtomobilini YPX əməkdaşına verməyə bilər.

“Yol polisi sürücüdən soruşmalıdır ki, avtomobili özü sürür, evakuatorla aparır, yoxsa polis aparsın. “Təlimatda sürücü icazə verdikdə polis sürə bilər” ona görə yazılıb ki, bunun məsuliyyəti var. Sürücü icazə vermirsə, deməli bu məsuliyyəti yol polisi əməkdaşına vermir. Belə olan halda YPX əməkdaşı məcburi şəkildə avtomobili sürücüdən alaraq cərimə meydanasına apara bilməz. Evakuator çağırılmalıdır. Evakuatorun pulunu isə sürücü özü ödəyir”, – deyə Ərşad Hüseynov bildirdi.

Onun sözlərinə görə, sürücü avtomobili yol patrul xidmətinin əməkdaşına həvalə edirsə, deməli hər hansı hadisə baş verərsə, sükan arxasında olan məsuliyyət daşıyacaq.

“İstisnasız olaraq məsuliyyəti sükan arxasında olan polis daşıyır. Kimisə yolda maşınla vurdusa, cinayət işi polis barədə açıqlacaq, avtomobilə dəymiş ziyanı polis ödəyəcək”, – deyə hüquqşunas qeyd etdi.


Sözügedən məsələ “Yol-patrul xidməti haqqında Təlimat”ın 5-ci maddəsində yer alıb.

5. Xüsusi texniki vasitələrdən və evakuatordan istifadə qaydası

5.7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırıldıqda nəqliyyat vasitəsinin duracağa aparılması onun sürücüsü tərəfindən təmin edilir. Həmin nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, yaxud sərxoş vəziyyətdə olduğu hallarda, habelə o, avtomobilinin YPX inspektoru tərəfindən idarə olunaraq duracağa aparılmasına etiraz etdikdə avtomobil evakuator vasitəsi ilə duracağa aparılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər