Bürokrat məmurlar azadlıqdan məhrum ediləcəklər

640

Milli Məclisdə Cinayət Məcəlləsinə və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Cinayət Məcəlləsinə dəyişikliyə əsasən əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Mövcud maddədə isə ictimai işlər olaraq 230 saat nəzərdə tutulur. Əli Hüseynli bildirib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişikliyə əsasən cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə ediləcəklər. Eyni zamanda cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.

 

Qanun layihələri qəbul edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər