Buxar-generator kompleksinin açılışının 10 illiyi qeyd olunub

760

İyulun 7-də ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Azərbaycanın neft-kimya sənayesində mühüm əhəmiyyətə malik Buxar-generator kompleksinin istismara buraxılmasının 10-cu ildönümünə həsr edilmiş geniş tədbir keçirilmişdir. Tədbir iştirakçıları vaxtilə Ulu öndər Heydər Əliyevin çox çətin bir dövrdə “Azərikimya” üçün müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dövlət zəmanəti ilə ümumi dəyəri 95 milyon dollardan artıq olan Buxar-generator kompleksinin hazırlanıb-inşa edilməsinə göstərdiyi xüsusi diqqət və qayğıdan minnətdarlıqla söhbət açmışlar. Bildirilmişdir ki, ümummilli lider 1999-cu il martın 24-də kimyaçılarla birgə böyük bir həvəslə yeni qurğunun təməlqoyma mərasimində iştirak etmiş, iki il sonra – 2001-ci il iyulun 7-də böyük bir sevinc və qürurla onun təntənəli açılışına qatılmış, Sumqayıt kimyaçılarına müstəqil Azərbaycanın iqtisadiyyatının daha da möhkəmləndirilməsində uğurlar diləyərək, kimya sənayesini elektrik və istilik enerjisi ilə tam təmin etməyə qadir olan bu müasir və unikal enerji qurğusunun qırmızı lentini kəsərək, kompleksin «start» düyməsini basmaqla onu işə salmışdır. Tədbirdə qeyd olunmuşdur ki, ötən əsrin 90-cı illərində özünün böhran dövrünü yaşayan neft-kimya kompleksi elektrik və istilik enerjisinin təminatında yaranan boşdayanmalar və qəzalar ucbatından böyük tənəzzülə doğru getdiyi bir zamanda Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi kimya sənayesini düşdüyü ağır bəladan xilas etmişdir. Əgər Ulu öndərin təşəbbüsü əsasında Buxar-generator kompleksi məhz həmin dövrdə inşa edilməsəydi, Azərbaycanın neft-kimya sənayesi tam iflic vəziyyətinə düşər və bu gün onun varlığından danışmaq belə mümkün olmazdı. Mərasimdə kimyaçı əməyinə daim yüksək qiymət verən Ulu öndərin 10 il əvvəl “Azərikimya”nın kollektivi ilə son görüşü böyük ehtiramla yad edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Elnur
    İyul 15, 2011 - 19:01

    Gözlənilirdi ki, bəlkə 10 illik münasibətilə pul mükafatı verərlər, amma əvəzinə keçən ilin guya səhv hesablanması nəticəsində verilən pullar tutulmağa başladıldı.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər