Çanta və mobil telefon oğruları yaxalandı

1308

Sumqayitxeber.com saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Dürdanə Ələkbərovanın çantasından oğurluq etmiş Culfa rayon sakini Məhərrəm Əliyev tutulmuşdur.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  iyulun 1-də N.Hacıyev küçəsindəki dərzi sexində Sumqayıt şəhər sakini Dürdanə Ələkbərovanın çantasından 50 manatını oğurlamış Culfa rayon sakini  Məhərrəm Əliyev tutulmuşdur.

Soyğunçuluq etmiş Sumqayıt şəhər sakini Azər Təhməzov da tutulmuşdur

DİN-dən verilən digər məlumata görə saat 21.00 radələrində Sumqayıt şəhəri ərazisində naməlum şəxs şəhər sakini Nərmin İsmayılovaya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almışdır. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Azər Təhməzov tutulmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər