Cəlilabadda 2 nəfər öldürüldü: evinə qonaq gəlmiş 24 yaşlı...

1299

Cəlilabad rayonunda dayı bacısı oğlunu qətlə yetirib.

Rayonun Qarazəncir kəndində 57 yaşlı Mehman Cəfərov evinə qonaq gəlmiş bacısı oğlu 24 yaşlı Ramil Manafovla aralarında yaranan mübahisə zəminində onun döş qəfəsindən xəsarət yetirib.

R.Manafov aldığı xəsarətdən xəstəxanaya aparılan zaman dünyasını dəyişib. M.Cəfətov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.(Report)

*****

01:00

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə bu gün rayonun Privolnoye kəndində qeydə alınıb.

Həmin kəndin 1984-cü il təvəllüdlü sakini Novruzov Ceyhun Dədəkişi oğlu 34 yaşlı həmkəndlisi Quliyev Gülbala Rauf oğlu tərəfindən qətlə yetirilib.

Bakı şəhərində işləyən G.Quliyev bu gün kəndə gəlib və C.Novruzovu öz evinə çağırıb. G.Quliyev elə öz evində şəxsi münasibətlər zəminində C.Novruzovun ürək nahiyəsinə 2 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Daha sonra G.Quliyev polisə təslim olaraq, hadisəni etiraf edib. Qətlin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Mərhum 3 uşaq atasıdır və G.Quliyevlə yaxın münasibətləri olub.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər