Cemal Yanqın yenidən ATİB sədri seçildi

1422

Türk iş adamı Cemal Yanqın Azərbaycan Türkiyə İş adamları Birliyinin qrup toplantısında yenidən sədr seçilib.

Bakıda keçirilən iclasa Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Şimali Kipr Türk Cümhuriyyətinin təmsilçisi Ufuk Turqaner, eləcə də Azərbaycan prezident adminstrasiyası və nazirliklərin nümayəndələri qatılıblar.

“İstiqlal” marşı və Azərbaycan dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan iclasda ilk olaraq Erkan Özoral çıxış edib. O, iş adamlarının iki ölkə arasında münasibətlərin möhkəmlənməsində böyük rol oynadıqlarını bildirib.

“ATİB qurulduğu gündən etibarən iki ölkə arasındakı münasibətlərin inkişaında əsaslı rol oynayaraq bu sahədə müxtəlif layihələr həyata keçirib. ATİB-in bir hədəfi var. ATİB hər zaman milli olub, hər zaman Türkiyə və Azərbaycanın xeyrinə çalışıb”.

Daha sonra birliyin 2018-ci il üçün nəzərdə tutulan büdcəsi təsdiqlənib və yeni icra heyətinin üzvləri seçilib. Beləliklə, Cemal Yanqın yenidən ATİB sədri olub. O, ümummilli lider Heydər Əliyevin üçüncü ölkələrlə çalışmaq barədə verdiyi tövsiyəni xatırladaraq bildirib ki, artıq ATİB bu məqsədə doğru irəliləyir.

Qeyd edək ki, 2004-cü ildə təsis olunan dərnəyin hazırda 78 üzvü var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər