Menu
Geri İrəli

“Qız olsaydım….”

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2009 • Baxış sayı: 450 dəfə • 1 şərh

Ayaz ATA

Cəmiyyətdə xüsusən gənclər arasında bu ifadə tez tez işlədilir. Məndə istədim ki, bu sözü bir daha təkrar edim. Çünki, bu ifadə bu sayta baxan insanlara hardasa birazda olsa təsiri olacaq və ən azından aşağıda yazılanları bir azda olsa oxuyacaq.
Yazı bu ifadəni işlədən qız olamq istəyən oqlanlar və qız olan qızlar konkret gənclər barədədir. Bu yazı ilə kimisə tərbiyələndirmək kimə isə düz yol göstərmək kimi niyyətimdə yoxdur. Sadəcə fikirlərimlə bölüşmək və münasibətinizi bimək istiyərdim.
Gənclər kapitalizmdə yaşamağa hazır deyillər. Qarşıya qoyulan əsas məqsəd formal bilik almaqdır. Ancaq bu biliyi nəyə və necə tətbiq edəcəyini bilmir və bir növ gözləyirki kim isə ona bunu deyəcək vəya bu bacarıqları əldə etməyə yol göstərəcəkdir. Bir növ gənclərin çoxu gələcək həyatlarına, yaşamlarına çox laqeyd münasibətdədirlər. Ancaq kapitalizimə gözləmək insanın əsas düşmənidir. Bu formasiya insanların çalışmasını və ən sevimli məsələlərdən biri olan və işlətdiyimiz “bacarana can qurban” ideyasını əsas tutaraq çalışmağı diktə edir.
Gənclərin çoxunun bu diktəyə bu prinsiplə yaşamaq istəməməsi indi tətkrar yazmağa ehtiyac olmayan başlığın tez tez istifadəsinə səbəb olur.
Neyləməli?????
Fikrilərinizi və suala, mövzuya münasibətinizi bildirə bilərsiniz…
Mövcud təcrübədən bir iki nümunə qeyd etmək istiyərdim əlavələrniz olsa buyurun.
- Təşəbbüskar, aktiv və tədqiqat yönümlü olmalıdır
- orta və ya ali təhsil aldığı dövrdə ictimai fəaliyyətə qoşulmalı
- kompyuter, dil, internet bacarıqlarını yratmalı və səmərəli inkişaf etdirməlidir
- çoxlu seminar və teyninqlərdə iştirk etməlidir
- səmərəli virtual və real münasibət qurmalıdır
- daha çox gənclərin yığışdığı şəbəkəylərə cəlb olunmalıdır
- könüllü fəaliyyətlərə qoşulmalıdır
- komplexsiz olmaq və s….
Bu zamanda ən birinci prinsip axtarmaqdır. Axtarmaq və axtarmaq bu yolun düzgün seçilməsi qarşıya qoyulan məqsədlərə çatmasının ən asan yoludur. İstklərinizlə imkanlarınızın üst üstə düşməsi üçün bu yol mühümdür. Bu yolu seçdiyiniz halda siz “Qız olsaydım….” ifadəsini az işlədəcəsiz…

DİGƏR YAZILAR

Sirli Xəzinə

Facebook Şərhləndirmə:

““Qız olsaydım….”” yazısına bir cavab

  1. ilqar deyir:

    Bu Ayaz hele de duzelmeyib

Şərhinizi yazın