Menu
Geri İrəli

Axtalanma: uşaqbazlığın qorxulu yuxusu – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2013 • Baxış sayı: 346 dəfə • Şərh yoxdur
Share Button
Qırğızıstanda təklif olunan qanuna görə, zorlama və ya uşaqbazlıqda günahkar bilinənlərin kimyəvi axtalanması nəzərdə tutulur.  Daha doğrusu, müttəhimlər cinayəti yenidən təkrarlamamaq üçün bu yolu könüllü seçmək imkanı əldə edə bilərlər. Hələ ki bu təkliflə bağlı debatlar davam edir.
DÜNYADA AXTALANMA TƏCRÜBƏSİ
Ancaq dünyanın bir sıra ölkələrində seksual cinayətlərə görə kimyəvi, ya cərrahi yolla axtalanma təcrübəsi artıq var. Bu təcrübəni dəstəkləyənlər deyirlər ki, axtalanma yoluyla cinayətkarların yenidən eyni cinayəti törətməsinin qarşısını alırlar, yəni cəmiyyəti seksual cinayətlərdən qoruyurlar.
KİMYƏVİ AXTALANMA NƏDİR?

Kimyəvi axtalanma deyəndə dərmanlar yoluyla bəzi hormonların səviyyəsinin aşağı salınması, başqa sözlə cinsi həvəsinin və imkanlarının öldürülməsindən söhbət gedir.

Bu dərmanlarla yanaşı seksual cinayətlərə meylli olanların fantaziyalarını cilovlamaq üçün anti-depressant dərmanlar da verilir.

Moldova, Polşa, Rusiya, Cənubi Koreya və bıra ABŞ ştatlarında uşaqbazlıqda ittiham olunanlara qarşı məcburi qaydada kimyəvi axtalanma tətbiq edilir. Bir çox ölkədə isə bu metod cəza alanlara könüllü əsaslarla təklif olunur.

Ancaq kimyəvi axtalanma birdəfəlik deyil. İllik müalicə təxminən adambaşına 4500 dollara başa gəlir.

 

 

AXTALANMA CƏZA YOX, CƏZAYA ALTERNATİV KİMİ

İslandiyadakı psixiatr Petur Hauksson deyir ki, bu üsul seksual cinayətlərdə ittiham olunanların həbsinin əvəzində alternativ kimi təsirli yoldur.

“Məsələn, Danimarkada bu yolla axtalanan müttəhimləri çox ciddi nəzarət altında saxlayırlar. Əgər müalicəyə gəlmirlərsə, polis yerlərini bildiyi üçün onları asanca həbs edir. Burada həkimlər, məhbuslar özləri və polisin birgə əməkdaşlığından söhbət gedir. Sistem orada çox səmərəli işləyir.”

Qırğızıstanda kimyəvi axtalanmanın könüllü olması təklif edilir, amma bu zaman caninin cəzasının yüngülləşdirilməsindən söhbət getmir. Qanun artıq ilk oxunuşda parlamentdən keçib, daha iki oxunuşdan da keçərsə, prezidentin imzasıyla qüvvəyə minəcək.

Deputat Tursunbay Bakiroğlu deyir ki, seksual zəmində cinayətlərin artdığı bir dövrdə uşaqların qorunması baxımından bu qanun mühüm addım olacaq.

“Layihədə deyilir ki, axtalanma sırf məhkumun istəyi ilə olacaq. Xüsusi fiziki və psixi testlərdən keçəndən sonra qərar veriləcək. Odur ki, bu qanun bəzi ölkələrdəkindən daha humanistdir. “

 

İNSAN HAQLARI FƏALLARI AXTALANMAYA QARŞI ÇIXMIR

Amnesty İnternational təşkilatının Britaniyada qanunvericilik üzrə müşaviri olan Maggie Maloney deyir ki, onların təşkilatı axtalanmaya qarşı çıxmır. Ancaq, bunun cəza növü kimi yox, cici tibbi müayinədən sonra könüllülük əsasında olmasına tərəfdardır.

Maloney əlavə edir ki, müttəhimlər bu müalicənin nəticələri haqda tam məlumatlandırılmalıdırlar. Çünki kimyəvi axtalanma dərmanlar dayandırılanda qüvvəsini itirsə də,  bu dərmanların bir sıra kənar təsirləri qalır.

Beynəlxalq Psixoloqlar Şurasının sədri olan Ludvig Lovenstein isə deyir ki,  “Biz qurbanların dolayı yox, bilavasitə qorunmasını önə çəkməliyik, potensial caninin qarşısının alınması ikinci planda olmalıdır”.

 

FİZİKİ AXTALANMA TƏTBİQ EDƏNLƏR

Ancaq bəzi ölkələrdə təkcə kimyəvi yox, fiziki axtalanma da cəza olaraq tətbiq olunur. Yəni əməliyyat yoluyla kişinin tostesteron vəziləri tam alınır. Avropa Birliyində bu qayda Almaniyada və Çexiyada tətbiq edilir.  Bu qaydanı tətbiq elədiyi üçün Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi dəfələrlə sözügedən ölkələri tənqid edib.

Amma Çexiyanın bu işlə məşğul olan Bohniçe klinikasından 2009-cu ildə bəyan ediblər ki, son 10 ildə bu cür axtalanan 100-ə yaxın cinayətkardan heç biri təkrar cinayət işləməyib.

 

AXTALANMA – İSLAH EDİRMİ?

Ancaq psixiatr Petur Hauksson bu yolu da səmərəli saymır: “Bu çox effektiv deyil, çünki axtalanan adam süni tostesterone əldə edə bilər və yenidən normal funksiyaları bərpa olacaq”.

Haukson əlavə edir ki, üstəlik məhkumlar bu yola razılıq verəndə sadəcə daha tez azadlığa çıxmağı düşünürlər ki, bu da onların islah olması mənasına gəlmir. /Azadlıq Radiosu/

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın