Menu
Geri İrəli

Azərbaycanda güclü zəlzələ ola bilər?

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Aprel 2016 • Baxış sayı: 580 dəfə • Şərh yoxdur
Share Button

2016-cı il güclü zəlzələlər ili olacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin zəlzələ proqnoz və araşdırma mərkəzi ilə dünyadakı seysmik fəallıqla bağlı araşdırmalar aparan zəlzələ tədqiqatçısı Əhməd Yaqut deyib. O, güclü zəlzələnin baş verəcəyi yeri də proqnozlaşdırıb - Çili.

“Azərbaycanda il ərzində 7 mindən çox zəlzələ olur”

Alim 2016-ci ildə qlobal fəlakət və meqa zəlzələ ilə bağlı xəbərdarlıq edib.

“Özəlliklə son 2 ayda dünyada yaşanan coğrafi hadisələr (elektromaqnit sahədə dəyişiklik, qırılma hərəkətləri və s.) bu zəlzələnin xəbərçisidir. 22 may 1960-cı ildə bütün zamanların ən güclü zəlzələsi Çilidə baş verib. 9.5 bal gücündə olan zəlzələ zamanı ərazidə məskunlaşma az olduğu üçün 3 min insan ölmüşdü. Sakit Okean Tavasınınhərəkəti 8.8-9.2 gücündə fəlakətə səbəb ola bilər”.

Əhməd Yaqut öz “Twitter” səhifəsində yazıb ki, onun bu açıqlamaları verməkdə məqsədi insanları qabaqcadan xəbərdar etmək və baş verən faciədən qorumaqdır.

Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli isə türk alimin sözləri ilə razılaşmır. O, ANS PRESS-ə açıqlamasında zəlzələnin nə zaman, harada olacağını qabaqcadan bilməyin mümkün olmadığını deyib. Şöbə müdiri güclü zəlzələ ilə bağlı deyilənlərin əsassız olduğunu deyir.

“Heç kim öncədən zəlzələ haqqında məlumat verə bilməz. Türk tədqiqatçısının belə bir bəyanatla çıxış etməsinə səbəb, görünür, bu il girər-girməz bir neçə ölkədə zəlzələlərin baş verməsi ilə bağlıdır”.

Son bir neçə gündə Ekvador, Yaponiya, Qırğızıstan kimi ölkələrdə bir-birinin ardınca güclü zəlzələlər qeydə alınıb.

Azərbaycanda da hər il 7 mindən çox zəlzələ olur. Sadəcə onların gücü az olduğu üçün hiss edilmir”.

Tahir Məmmədli - Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri

Tahir Məmmədli – Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri

Respublika Seysmoloji Xidmət Mərkəzinin saytında göstərilib ki, bu ay ərzində 9 yeraltı təkan qeydə alınıb. Zəlzələlərin gücü 3 baldan yuxarı olub.

Onlardan sonuncusu bu gecə yerli vaxtla saat 00:22-də Siyəzəndən 37 km şimal-şərqdə Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 4,2, dərinliyi 59 km olub. Bu, ay ərzində qeydə alınan ən güclü təkan olub.

Azərbaycanda son bir ay ərzində baş verən yeraltı təkanlar

Azərbaycanda son bir ay ərzində baş verən yeraltı təkanlar

Bir neçə gün öncə rusiyalı alimlər də Dağıstan və Azərbaycan sərhədində güclü zəlzələ proqnozlaşdırıblar. Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevgeni Roqojin bildirib ki, 2016 və ya 2017-ci illərdə Dağıstan ərazisində  6,5 bal gücündə dağıdıcı zəlzələ olacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın