Menu
Geri İrəli

Azərbaycanın hansı nazirləri facebookdadır?

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2014 • Baxış sayı: 507 dəfə • Şərh yoxdur

facebookAzərbaycanda son vaxtlar dövlət rəsmiləri arasında sosial şəbəkələrə maraq xeyli artıb.

Siyasətçilər, millət vəkilləri ilə yanaşı yüksək çinli məmurlar da facebook və tvitter şəbəkələrinə qoşularaq sosial medianın imkanlarından yararlanırlar. Dövlət rəsmiləri hamılıqla sosial şəbəkələrə qoşulmasa da artıq bəzilərini facebook-da görmək mümkündür. Xüsusən Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin facebooka qoşulması ictimayyət tərəfindən maraqla qarşılandı. R.Mehdiyevin səhifəsi cəmi bir neçə gün əvvəl açılmasına baxmayaraq, artıq 9 minə yaxın istifadəçi tərəfindən bəyənilərək izlənməyə alınıb.

Rəsmilərin sosial şəbəkədə olması bilavasitə jurnalistlərin də işini asanlaşdırır. Onların yazdığı statuslar, verdiyi mesajlar qısa zamanda xəbər mövzusuna çevrilərək mətbuat səhifələrində tirajlanır. Bu baxımdan dövlət nümayəndlərinin sosial şəbəkələrə qoşulmasını təqdirəlayiq hal hesab etmək olar.

Maraqlıdır, facebookun imkanlarından hansı nazirlərimiz istifadə edir, hansılar yox.

Virtualaz.org bildirir ki, azvision.az bununla bağlı kiçik araşdırma aparıb. Beləliklə…

Ramiz Mehdiyevlə yanaşı fövqəladə hallar naziri (FHN) Kəmaləddin Heydərovun facebookda səhifəsinə rast gəlmək mümkündür. FHN rəhbərinin ara-sıra səhifəsində K.Heydərovla bağlı xəbərlər paylaşılır, nazirliyin fəaliyyəti ilə bağlı məlumatlar verilir.

Fövqəlnazir facebooka 2012-ci il yanvarın 4-dən qoşulub.

Xarici işlər naziri Elmar Məmmədyarov da ötən ildən facebooka qoşulub. Baş nazir Artur Rasizadənin rəsmi səhifəsi olmasa da, onun adına facebookda bir neçə profil qeydiyyatdan keçib.

Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı, AFFA-nın prezidenti Rövnəq Abdullayevin facebookda profili var. Amma onun saxta, ya da həqiqi olması məlum deyil.

Təhsil naziri Mikayıl Cabbarov sosial şəbəkələrdən aktiv istifadə edir. Nazir 23 iyun 2013-cü ildən facebookdan yararlanır.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovu facebookda görmək olar. O da digər həmkarları kimi ötən il bu şəbəkəyə üzv olub.

Gənclər və idman naziri Azad Rəhimovun da facebook səhifəsi var.

Bundan əlavə daxili işlər naziri Ramil Usubov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, müdafiə naziri Zakir Həsənovun adına facebook profili qeydiyyatdan keçsə də rəsmi açıqlamada onların saxta olduğu bildirilib.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Diasporla İş üz Dövlət Komitəsinin sədri Nazim İbrahimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Parolimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, gənclər və idman nazirinin müavini İntiqam Babayevdə facebookun fəal üzvlərindəndirlər.

Araşdırmalarımız zamanı səhiyyə naziri Oqtay Şirəliyev, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, energetika naziri Natiq Əliyev, kənd təsərrüfatı naziri Heydər Əsədov və digərlərinin facebookda olmadığı aydın olub.

Qeyd edək ki, prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın aktiv facebook səhifələri fəaliyyət göstərir. Dövlət başçısının facebook səhifəsi gündəlik yenilərək 280 mindən çox istifadəçi tərəfindən bəyənilib. Ölkə başçısı facebookla yanaşı tvitter səhifəsindən də aktiv istifadə edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın