Menu
Geri İrəli

Bakıda “Fanta”nın içindən nələr çıxır?-FOTOFAKT

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2015 • Baxış sayı: 467 dəfə • Şərh yoxdur

“Dünəndən dəhşət içindəyəm. Coca-Cola şirkəti də buna izah verməlidir”

Bloqçu Barış Namazov “Coca-Cola Azərbaycan” şirkətini ifşa edən şəkillər paylaşıb.

Lent.az-ın xəbərinə görə, bloqçu “Coca-Cola Azərbaycan” şirkətinin istehsalı olan “Fanta” aldığını və onun içində qara nöqtələr olduğunu qeyd edib.
“Dünəndən dəhşət içindəyəm. Coca-Cola şirkəti də buna izah verməlidir”.
Bloqçu qeyd edib ki, sentyabrın 10-da Rəsulzadə qəsəbəsindəki marketdən 2 litrlik fanta alıb: “Birdən gözüm “Fanta”nın içindəki qara-qura şeylərə rast gəldi. Qarışqamı, ağcaqanadmı, həşəratmı?”

“Dəhşət ondadır ki, biz daha çox Coca-Cola içirik və onun qara rəngində bu natəmizliyi görmürük.  Dəhşətə gəldim ki,  indiyədək içmədiyim zibillər qalmayıb….” deyə B. Namazov yazıb.
Bloqçu hələ də “Fanta”nın qapağını açmadığını qeyd edib.
“Coca-Cola Azərbaycan” şirkətinin də məsələyə münasibətini yaymağa hazırıq.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın