Menu
Geri İrəli

Bakıda torpaq neçəyə satılır? – Rayonlar üzrə qiymət

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Aprel 2017 • Baxış sayı: 192 dəfə • Şərh yoxdur

torpaqPaytaxt ərazisində 2015-ci ilin fevral ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında təklif 19,4% artıb və nəticədə bazara satış üçün təklif olunan elanların sayı 437-ə qalxıb.

sumqayitxeber.com fins.az-a istinadən xəbər verir ki, müqayisədə 2014-cü ilin mart ayında bazara  çıxarılan torpaq sahələrin elanlarının sayı 815 elan olub. Beləliklə, 2014-cü ilin mart ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında 46% enmə müşahidə olunur. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi bildirib ki, 2017-ci ilin fevral ayında ümumi təklif portfelində rayonların payı aşağıdakı kimi olub:

Diaqramda göründüyü kimi, təklif portfelində satışa çıxarılan torpaq sahələri əsasən Sabunçu (29,7%) və Xəzər (28,2%) rayonlarında yerləşirlər. Növbəti böyük paya malik olan rayonlar Suraxanı (15,9%) və Binəqədi (12,6%) rayonlarıdır. Qeyd etdiyimiz rayonlarda üstünlüyü əsasən fərdi yaşayış və bağ evləri təşkil edir.

Səbail – Xətai, Nizami – Qaradağ  rayonları üzrə təklifin göstəricisi müvafiq olaraq 3,8% və 1,8% təşkil edib. Ən az paya sahib olan rayonlar Nərimanov (1,0%), Yasamal (0,8%), Pirallahı (0,5%) və Nəsimi (0,3%) rayonları qeydə alınmışdır. Səbail, Xətai, Nizami, Yasamal və Nəsimi rayonlarında torpaq sahələri əsasən çoxmərtəbəli binalar ilə inşa olunub və boş torpaq sahələri çox az saydadır.
Pirallahı və Qaradağ rayonları üzrə torpaq bazarında təkliflər olmasına baxmayaraq, həmin ərazilərə tələbat azdır.

Təklif portfelinin torpağın sahəsi üzrə pay bölgüsü:

Təklif portfelinin əsas payını “kiçik sahəli torpaqlar 0-10 sot” tutur – 70,8%. Növbəti paya malik olan “orta sahəli torpaqlar 10-100 sot”  28,8% təşkil edir. Ən az paya sahib olan “böyük sahəli torpaqlar 101-700 sot” torpaq sahələridir 0,4%.
Beləliklə, Bakı şəhəri rayonları üzrə satışa çıxarılan torpaq sahələri, əsasən, kiçik sahəli torpaqlardır.

Həmçinin qeyd etmək lazımdır ki, təklif olunandan torpaq sahələri “kupçalı” və “kupçasız” sənədlə bazara çıxarılıb, beləliklə “kupçalı” torpaqların payı 73% təşkil edib, “kupçasız” isə 27%.

2017-ci ilin fevral ayında torpaq bazarındakı qiymətləri təqdim edirik:

Rayon Qəsəbə 1 sotun qiyməti (AZN)
Sabunçu Bilgəh qəs. 3 904
  Bilgəh qəs. dəniz kənarı 16 717
  Zabrat 6 338
  Ramana 3 783
  Bakıxanov 33 519
  Nardaran 8500
  Nardaran dəniz kənarı 15000-20000
  Savalan qəs. 9 000
  Kürdəxanı qəs. 2 000
Suraxanı Hövsan 5 177
  Bülbülə qəs 17 500
  Yeni Suraxanı qəs. 3 867
  Əmircan qəs. 10 571
  Yeni günəşli 11 000
  Dədə Qorqud 2 000
  Bahar qəs. 4500
  Qaracuxur qes 16 997
Səbail Badamdar 3 massiv 22 030
Xətai Əhmədli 27 143
  H.Aslanon qəs. 34 797
Xəzər Dübəndi 2 800
  Qala 3 175
  Binə qəs. 3 139
  Binə qəs. (Mərdəkan şossesi uzerinde) 9 875
  Qala 3 175
  Mərdəkan 6 622
  Buzovna 6 983
  Şüvəlan 4 333
  Türkən 2 100
  Zirə 1 767
  Şağan 11 500
Yasamal Yeni Yasamal qəs. 18 571
Pirallahı Gürgan qəsəbəsi 5 000
Binəqədi 6-cı mikrorayon 37 500
  8-ci mikrorayon 111 250
  9-cu mikrorayon 16 125
  Biləcəri qəs. 11 943
  Binəqədi qəs. 7 104
  Rəsulzadə qəs. 8 595
  Sulutəpə qəs. 6 802
Facebook Şərhləndirmə:

Şərhinizi yazın