Menu
Geri İrəli

Bəzi dərmanlar ucuz qiymətlərlə artıq satışdadır

Müəllif: Sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2015 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur

245318_50835“Artıq bir çox şirkətlər dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı qərarın icra vaxtını gözləmədən Tarif (qiymət) Şurasının təsdiqlədiyi ucuz qiymətlərlə dərmanlarını satışa buraxıblar. Lakin qərar sentyabrın 15-dən qüvvəyə minəcəyindən biz də nəzarət tədbirlərinə həmin vaxtdan başlayacağıq”.

AzadXeber.az-ın məlumatına görə, bunu Trend-ə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

P.Əzizbəyov bildirib ki, “Dərman haqqında” qanuna edilən dəyişikliklərdən sonra dərman vasitələri dövlət tərəfindən tənzimlənən mallar siyahsına daxil edilib: “Dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi artıq elan edilib. Şirkətlər tərəfindən ilkin olaraq 25 təsiredici maddə üzrə dərman vasitələrinin qiymətləri tənzimlənəcək. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı şirkətlərə müraciət edilib, ilkin olaraq 1057 adda dərman vasitəsinin qiyməti Tariş Şurası tərəfindən müəyyən edilərək təsdiqlənib. Sentyabrın 15-dən bu qərar artıq qüvvəyə minəcək. Sentyabrın 15-də qüvvəyə mindikdən sonra 1057 adda dərman bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq”.

Onun sözlərinə görə, sentybarın 15-dən sonra apteklərdə hər hansı dərmanın çatışmazlığı ilə bağlı problem yaranmayacaq və belə bir narahatlığa əsas yoxdur: “25 təsriedici maddə üzrə müxtəlif ölkələrin istehsalı olan 1057 adda dərman mövcuddur. Hər hansı bir dərman olmadıqda həmin tərkibdə, həmin təsiredici maddə ilə digər ölkələrin bir neçə adda dərmanı olacaq. Bu da bazarda hər hansı bir qıtlığın yaranmasına imkan verməyəcək. Hər hansı bir səbəbdən hansısa dərman 1-2 gün olmaya bilər, amma həmin təsiredici maddəyə malik digər ölkələrin dərmanları var. Belə olduqda pasiyent müalicə həkimi ilə məshələtləşərək həmin tərkibdə başqa ölkənin dərmanını ala bilər”.

P.Əzizbəyov deyib ki, bu qərarın tətbiqindən sonra ölkənin dərman bazarına daha keyfiyyətsiz dərmanların yol açması barədə səslənən fikirlər də düzgün deyil.

Onun sözlərinə görə, əgər dərman vasitələri dövlət qeydiyyatına alınırsa, bu halda həmin dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ölkəyə keyfiyyətsiz deyil, daha keyfiyyətli və daha ucuz dərmanların gətirilməsinə yol açacaq: “Dərmanın keyfiyyətinin təminatçısı onun dövlət qeydiyyat vəsiqəsidir. Əgər dərman vasitəsi dövlət qeydiyyatına alınıbsa, onun adı dövlət reyestrinə daxil edilibsə, hər hansı problem ola bilməz. Şirkətlər də, idxalçılar da çalışacaqlar ki, təsdiq edilmiş qiymət çərçivəsində ölkəyə daha keyfiyyətli dərman idxal etsinlər. Bununla da daha yaxşı gəlir götürə bilsinlər”.

İnspeksiya rəisi əlavə edib ki, yeni qərarın tətbiqi həm də həkimlə dərman şirkətləri arasında olan sövdələşmələrlə mübarizə sahəsində Səhiyyə Nazirliyinə əlavə imkanlar yaradacaq: “Nazirlik həmişə dərmanlarla bağlı həkimlə şirkət arasında olan sövdələşmələrə qarşı mübarizə aparıb. Bu sahədə olan neqativ halların aradan qaldırılması üçün dərman şirkətlərinin nümayəndələrinin iş vaxtı ərzində tibb müəssisələrinə girişi qadağan edilib. Qiymətin tənzimlənməsi əhali üçün müsbət haldır ki, bütün apteklərdə eyni dərman eyni qiymətə satılacaq. Yəni xəstə heç bir yerə yönləndirilməyəcək. Xəstə ona yaxın ünvandan lazım olan dərmanı təsdiq olunmuş qiymətlə alacaq. Qiymətlər də açıq informasiya formasında həm Tarif (qiymət) Şurasının, həm Səhiyyə Nazirliyinin, həm də İqtisadiyyat və Sənaye Nazirliyinin internet saytında yerləşdirilib. Pasiyent dərmanı almamışdan əvvəl də qiyməti açıq informasiya şəklində əldə edə bilər. Bu, öz növbəsində, ictimai nəzarəti də təmin edəcək”.

P.Əzizbəyov bildirib ki, sentyabrın 15-dən sonra Analitik Ekspertiza Mərkəzi ilə İqtisadiyyat və Səhiyyə Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti arasında bağlanmış anlaşma memorandumu əsasında birgə nəzarət tədbirləri həyata keçiriləcək. Bu tədbirlər bütün dərman vasitələrinin qiymətləri tənzimlənənə kimi və ondan sonra da davam etdirləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın