Menu
Geri İrəli

BMT QAK: 2016-cı ildə qaçqınların sayının daha da artması mümkündür

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2015 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur

8cc29623779a09152c277c5b29320200

BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı 2015-2016-cı illərdə “Xüsusi Aralıq Dənizi Təşəbbüsü”nün Avropada qaçqınların vəziyyəti ilə bağlı yardımçı müraciətini nəzərdən keçirib.

APA-nın məlumatına görə, müraciətdə 2015-ci ilin iyun ayından 2016-cı ilin dekabr ayınadək ümumi maliyyə tələbatı 128 milyon ABŞ dolları təşkil edir. Bu yardımçı müraciət Avropadakı fəaliyyəti, həmçinin, Yaxın Şərqdə və Afrikadakı sığınacaq və ya tranzit ölkələrdə həyata keçirilən proqramları əhatə edir.

”Bu il əksəriyyəti qaçqınlar olan yarım milyondan artıq insan Avropada təhlükəsizlik axtarmaq üçün Aralıq dənizini keçib. Avropa ölkələri bu qaçqın və miqrant axınının qarşısını almaq üçün gərgin çalışırlar. Yaranmış fövqəladə vəziyyətə cavab olaraq, BMT QAK “Xüsusi Aralıq Dənizi Təşəbbüsü” (SMI – Special Mediterranean Initiative) təsis edərəkAvropa İttifaqı və onun üzv dövlətləri ilə, habelə Avropanın, Afrikanın və Yaxın Şərqin davam etməkdə olan münaqişədən və zorla didərgin salınmadan əziyyət çəkən digər ölkələri ilə sıx əlaqədə işləməkdədir”,- deyə bəyanatda bildirilir.

BMT QAK bununla 2015-ci ildə Avropada təhlükəsizlik və beynəlxalq himayə axtaran 700 minədək insan üçün plan nəzərdə tutur: “Hazırki məqamda təxmin edilməsi çətin olsa da, 2016-cı ildə daha böyük rəqəmlərin olması mümkündür. Planlaşdırma hal-hazırda 2015-ci ilin rəqəmlərinə uyğun olaraq aparılır.  Avropada sürətlə dəyişən vəziyyət fonunda və regionda hazırda beynəlxalq himayə axtaran insanların axınına cavab olaraq resursların bir yerdən digərinə köçürülməsi ehtiyacı ilə əlaqədar BMT QAK ayırmalarını mümkün olduğu qədər çevik təmin etmələri üçün donorlara müraciət edir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın