Menu
Geri İrəli

Bu marketlər müştəriləri aldadır – SİYAHI

Müəllif: Sumqayitxeber.com • Tarix: 18 Avqust 2015 • Baxış sayı: 706 dəfə • Şərh yoxdur

marketNazirlik məlumat yaydı.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı:

Bakının Sabunçu rayonunda

- Zabrat 1 qəsəbəsi, Məmmədyarov küçəsi, 36 ünvanında Tosif Əlimərdanova məxsus mağazada;

Bakının Nərimanov rayonunda

- C.Hacıbəyli küçəsi, 24 ünvanında Akif Məmmədova məxsus mağazada;

Bakının Binəqədi rayonunda

- 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 13 ünvanında “Amil” firmasına məxsus mağazada;

Tovuz rayonunda

- Yanıxlı kəndində Sakit Babayevə məxsus mağazada;

Şabran şəhərində

- T.İsmayılov küçəsində Mehman Salahova məxsus mağazada;

Oğuz şəhərində

- H.Əliyev prospekti, 22 ünvanında Vüqar Səmədzadəyə məxsus mağazada;

Sumqayıt şəhərində

- 17-ci mikrorayon, İ.Qayıbov küçəsi, 24A ünvanında Səməd Vəliyevə məxsus kafedə;
- Ü.Hacıbəyov və Koroğlu küçələrinin kəsişməsində “Yaşar-83″ MMC-yə məxsus “Yaşar” restoranında normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xətai rayonunda

- R.Quliyev küçəsində Xuraman Məmmədovaya məxsus mağazada;

Sabunçu rayonunda

- Maştağa qəsəbəsi, Subtropik Sovxozunda Vüqar Həsənova məxsus mağazada;

Şəmkir şəhərində

- 20 Yanvar küçəsində Haqverdi Məhərrəmova məxsus mağazada;

Salyan şəhərində

- Bakı-Astara yolunda Vüqar Əliyevə məxsus mağazada;

Quba rayonunda

- Xucbala kəndində Ramil Həsənova məxsus mağazada;

Şəki şəhərində

- Bağbanlar küçəsi, 2 ünvanında Elman Zeynalzadəyə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın