Menu
Geri İrəli

Cahangir Əsgərova ciddi xəbərdarlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2015 • Baxış sayı: 366 dəfə • Şərh yoxdur

“Kimsə hansısa qanunsuz əməl törədərsə, qanun qarşısında cavab verəcək”

95505

 

“Azərbaycanın Baş Prokurorluğu sovet dövründə olduğu kimi nəzarət orqanı funksiyasına malik deyil. Lakin əgər bizə AZAL Dövlət Konserninin fəaliyyətinə dair müraciət daxil olsa, biz onu qanunvericilik çərçivəsində nəzərdən keçirəcəyik.

Bununla belə qeyd etməliyəm ki, Baş Prokurorluq aviadaşımalarla məşğul olan şirkətin qiymət siyasətinə qarışmır”.

Bu sözləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev deyib.

Kamran Əliyevin sözlərinə görə, prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkədə toxunulmaz adam yoxdur və kimsə hansısa qanunsuz əməl törədərsə, qanun qarşısında cavab verəcək.

“Bizə AZAL-da korrupsiya və mənimsəmə faktları baradə müraciət daxil olmayıb. Lakin biz bu gün görürük ki, dövlət konserni prezidentin çıxışından nəticə çıxarıb və aviabiletlərin qiymətini aşağı salmağa başlayıb”- deyə Kamran Əliyev bildirib.

6e5c0335a5f0

 

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev

ANS PRESS xatırladır ki, iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda dövlət başçısı İlham Əliyev tərəfindən kəskin tənqid edilmişdi “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün?.. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?”.

Həmçinin oxuyun: ANS PRESS-in araşdırmasını bu linkdə oxuyun: AZAL kimi aldadır?

Cahangir Əsgərovdan gözlənilməz qərar

db5651b896df

Cahangir Əsgərov 1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-nin baş direktorudur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın