Menu
Geri İrəli

Diqqətdən kənar media-internet media

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2009 • Baxış sayı: 369 dəfə • Şərh yoxdur

Eyvaz Qocayev

Bu günlərdə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş milli mətbuatımızın 134 illiyi qeyd olundu. Bu məqsədlə bir çox tədbirlər düzənləndi, mükafatlar verildi. Nədənsə internet media diqqətdən kənarda qaldı. Sanki internet qəzetlərin və xəbər portallarının mətbuata aidiyyatı yoxdur. Müasir dövrümüzdə hər kəs informasiyanı internet vasitəsilə almaqdadır. Etiraf etməliyik ki, bu gün dünyada olduğu kimi ölkəmizdə də insanlar qəzetlərdən və jurnallardan çox internet vasitəsi ilə məlumat əldə edir. Statistik göstəricilər də bunu sübut edir. Nəzərə alsaq ki , ölkəmizdə ən çox çap olunan qəzetlərin tirajı 3-4 mini keçmədiyi halda online qəzetləri gün ərzində ziyarət edənlərin sayı ən azı 3-4 mindir, o zaman, internet mediyaya diqqət daha çox ayrılmalıdır. Çox təəssüflər olsun ki, milli mətbuatımızın 134 illiyi dövründə biz bunun şahidi olmadıq. Prezident İlham Əliyev Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı edilməsi məqsədi ilə sərəncam imzaladı və Sərəncamda 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına bir çox qəzetlərin və informasiya agentliklərinin( ümumilikdə 38 ) hər birinə 5,0 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilməsi qərara alınıb. Təəssüf hissi ilə qeyd edirəm ki, internet media-xəbər saytlarını mükafat alanların siyahısında görmədik. Xəbər saytlarının daha çox oxucusu olduğu və daha operativ işlədikləri halda diqqətdən kənarda qalması mətbuatın önəmli bir hissəsinin diqqətdən kənarda qalması deməkdir. Ölkə miqyasında internet medianın diqqətdən kənarda qaldığı kimi regionlarda da mətbuat diqqətdən kənarda qaldı. Sumqayıtın ilk online qəzeti olan sumqayitxeber.com yalnız Sumqayıt şəhər Gənclər və İdman Idarəsi tərəfindən təşkil olunmuş görüşə dəvət aldı. Bu diqqət üçün sumqayitxeber.com adından idarənin rəhbəri Musa Həsənova təşəkkürümü bildirirəm. Sumqayıt şəhər İcra Hakimiyyəti və eləcə də şəhər Bələdiyyəsi tərəfindən təşkil olunmuş görüşə isə dəvət olunmadıq. Görünür internet media üçün də ayrıca bir gün ayırmaq lazımdır – INTERNET MEDIA GÜNÜ! Əks halda daha çox informasiya mənbəyi olan xəbər saytları və online qəzetlər diqqətdən kənarda qalacaq və mətbuat dedikdə yalnız çap mətbu orqanlar nəzərdə tutulacaq. İnternet medianın diqqətdən kənarda qalmasının bir səbəbi də, səlahiyyət sahiblərinin informasiya texnologiyalarından məlumatsızlığının göstəricisidir desək yanılmarıq. Sumqayitxeber.com saytını yaratmaqda məqsədimiz Sumqayıt şəhərində baş verən ən son xəbərləri və eləcə də oxucuların maraqına səbəb ola biləcək sahələrdə məlumatların internet istifadəçilərinin diqqətinə vaxtında çatdırmaqdır. Ölkə miqyasında olduğu kimi şəhərimizdə də insanlar informasiyanı daha çox internetdən əldə edirlər. Bunu nəzərə alaraq biz bu saytı yaratmışıq və Sumqayıtın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik!

DIGƏR YAZILAR

Könüllülük nədir?

Facebook Şərhləndirmə:

Şərhinizi yazın