Menu
Geri İrəli

Erməni cəlladı Azərbaycan dərsliklərində qəhrəman kimi təqdim olunub?

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2014 • Baxış sayı: 808 dəfə • Şərh yoxdur

muharibeKəlbəcər rayonunun işğalında iştirak etmiş erməni yaraqlılarından biri Sərkis Aspanyan Azərbaycanda orta məktəb dərsliklərinə hansısa yolla Azərbaycan döyüşçüsü və qəhrəman kimi düşüb.

Virtualaz.org saytı xəbər verir ki, bunu Ermənistanın term.am saytına verdiyi açıqlamada S.Aspanyan özü bildirib.

“Mən cəmi bir neçə gün əvvəl bilmişəm ki, azərbaycanlıyam, özü də Şeyxi xanım adlı qadının nəvəsiyəm. Mən bunu bir azərbaycanlı qadından eşitmişəm. Həmin qadın bir erməni ilə mübahisə edib deyirdi ki, mən türkəm. Erməni isə o azərbaycanlı qadına bir neçə videoçarxın linkini göndərdi. Azərbaycanlı qadın bu videolara baxandan sonra çaşıb qalmışdı. O, heç cür başa düşə bilmirdi ki, mən erməni dili ilə yanaşı türk və fransız dillərini haradan bu qədər yaxşı bilirəm, bu dilləri necə öyrənmişəm. Həmin azərbaycanlı qadın redaksiyaya zəng vurub bizdən soruşdu ki, onlar (azərbaycanlılar-red.) öz xalqına niyə yalan danışır” – deyə S.Aspanyan bildirib.

Erməni yaraqlısının sözlərinə görə, Kəlbəcərin işğalından sonra o, 81 yaşlı Şeyxi xanımla rastlaşıb. Qoca qadın isə onu və digər erməni əsgərlərini azərbaycanlılar hesab edib. S.Aspanyanın iddiasına görə, yaşlı qadın erməni əsgərlərini tanımayaraq onlara belə deyib: “Yaxşı ki, vaxtında gəldiniz. Ermənilər Kəlbəcərə hücum edir”. Erməni əsgərlər də yaşlı qadına əsl həqiqəti deməyə, erməni olduqlarını, Kəlbəcərin isə artıq işğal edildiyini deməyə məcbur olublar. Bundan sonra Şeyxi nənə ermənilər tərəfindən əsir alınıb.

S.Aspanyanın sözlərinə görə, o, Şeyxi xanımla söhbət edərkən Zaven Xaçikyan adlı bir fotoqraf onların fotoşəkilini çəkib, bundan isə heç kimin xəbəri olmayıb.

Bu fotoşəkil sonradan Fransanın “Liberation” və Türkiyənin “Milliyet” qəzetlərində dərc olunub. Ermənilər bu fotoşəkildən öz təbliğatları üçün gen-bol istifadə ediblər. Həmin fotoya istinad edərək erməniləri humanist, sülhpərvər xalq kimi təqdim etməyə çalışıblar. Belə rəy yaratmağa çalışıblar ki, ermənilər əsir götürdükləri dinc mülki vətəndaşlarla bu şəkildəki sayaq insan kimi davranırlar və s.

QEYD. Virtualaz.org saytının redaksiyası erməni nəşrlərinin yaydığı bu məlumatı mütləq yoxlayacaq və əldə etdiyi nəticələri Azərbaycan oxucularına çatdıracaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın