Menu
Geri İrəli

Evlilik kişilərin ömrünü 7 il uzadır – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2017 • Baxış sayı: 145 dəfə • Şərh yoxdur

evlilikAraşdırmalar evliliyin insana müsbət təsirlərini ortaya çıxarıb.

Metbuat.az xəbər verir ki, həkim psixoloq Tayfun Doğan evlilik və xoşbəxtliklə bağlı 487 evli cütlüyün qatıldığı araşdırma həyata keçirib. Xoşbəxtlik səviyyəsi yüksək olanlar evlilikdən məmnun qaldılqlarını deyiblər. Buna görə də, xoşbəxtlik artdıqca evlilikdən aldıqları həzz də artır. Evli kişilərin evlilikdən aldıqları həzz qadınlardan daha yüksəkdir.

Evliliyin ilk 5 ilində fərdlərin evlilikdən aldıqları həzz yüksək olur. Tanış olub, görüşüb evlənənlərin evlilikdən aldıqları həzz, ailələrin təkidi ilə evlənənlərə nəzərən daha qüvvətlidir.

Evlilik sevgini öldürmür

Araşdırma zamanı sevdiyinin fotosuna baxan insanın beynində dopamin, endorfin və adrenalin səviyyələrində artım görülüb. Belə ki, evlilik kişilərin ömrünü 7, qadınların ömrünü isə 2 il uzadır. Sevgi ilə qurulan ailələrdə infarkt riski daha az olur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın