Menu
Geri İrəli

Heç ağlınıza da gəlməzdi, ancaq bu xəstəlikdir

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 2 May 2014 • Baxış sayı: 583 dəfə • Şərh yoxdur

265183

Qalmaqallı, başqalarının dərdlərindən bəhs edən televiziya verilişləri daha da populyar olur. Başqalarının dərdlərini şouya çevirməyi bacaran şoumenlər, layihə rəhbərləri isə daha da uğurlu olurlar. Bəzi insanlar karyera qurmaq və pul qazanmaq üçün bu cür layihələrə əl atırlar. Həmin televiziya verilişlərini izləyən tamaşaçı isə özünü necə ağır bir xəstəliyə yoluxdurduğunun fərqinə belə varmır. Hər gün mavi ekrandan stress dozaları insanların beyinlərinə axıdılır.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, televiziya verilişlərinin insan sağlamlığına ziyan vurduğu haqqında çox söz-söhətlər gedir. Ancaq bu dəfə alimlərin dəqiq araşdırmaları maraqlı məqamlar ortaya qoyub. Anladığınız qədər, bu dəfə söhbət stressdən gedir.
Nə qədər xoşbəxt olsanız da, başqalarının faciəsindən qaça bilməyəcəksiniz.Televizoru qoşmaq, internetə girmək və sadəcə, küçəyə çıxmaq kifayətdir ki, sizə aid olmayan insanların fəlakətləri ilə rastlaşasınız.
Çox adam düşünür ki, başqasının fəlakəti elə başqasının olaraq qalır. Ancaq alimlərin araşdırması tamam fərqli məqamları ortaya çıxarır. Sən demə, stress yoluxucu imiş.
Almaniyanın Maks Plank adına İnsan beyni və koqnitiv proseslər institutu bu sahədə araşdırma aparıb. İnstitun əməkdaşı Veronika Enqert və həmkarlarının araşdırması belə olub: bir nəfər riyaziyyat testlərindən dərhal sonra iş müsahibəsinə gedib. Həmin vaxt adamda stress yaranıb. Stressi hormonal dəyişikliklərlə ölçüblər. Eyni zamnada başqa bir adam isə onu müşahidə edib. Heç bir prosesdə iştirak etməyən və yalnız müşahidə edən adamda da stress müşahidə olunub.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, stress 26%-i keçir. Şəxsi ünsiyyətdə olan adamlarda isə stressin keçmə göstəricisi 46 %-dir.
Stressin keçmə effektivliyi isə müşahidədən asılıdır. Televiziya proqramına baxmaq kifayətdir ki, həmin verilişdəki stress tamaşaçıya keçsin.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın