Menu
Geri İrəli

Məktəblilərin dəhşətli narkotik statistikası

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2013 • Baxış sayı: 277 dəfə • Şərh yoxdur

“Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə hər il 4-5 məktəb şagirdi, həddi buluğa çatmamış şəxs cinayət məsuliyyətinə cəlb olunur”.

 APA-nın məlumatına görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının İşçi Qrupunun rəhbəri Məzahir Əliyev deyib.

 Məsuliyyətə cəlb edilənlər arasında məktəblilərin çox cüzi sayda olduğunu söyləyən M. Əliyev bildirib ki, onların əksəriyyəti yeniyetmədir. O, məktəblərdə narkomaniyanın yayılmasının qarşısının alınması üçün anti-narkomaniya təbliğatı aparıldığını, yaddaş kitabçalarının paylandığını, Dövlət Komissiyası tərəfindən məktəblərdə birgə tədbirlər keçirildiyini, maarifləndirmə işlərinin həyata keçirildiyini  deyib.

 M. Əliyev ata və ananın narkoman olduğu ailələrdə uşaqların qorunmasının “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nda (2013-2018-ci illər) xüsusi yer tutduğunu, bu sahədə müvafiq tədbirlər görüldüyünü də vurğulayıb: “Bu ailələrdə uşaqların və yeniyetmələrin zərərli təsirlərin altına düşməməsi üçün profilaktik tədbirlər görülür”.

narkotik

Facebook Şərhləndirmə:

Şərhinizi yazın