Menu
Geri İrəli

Monitorda evlərini axtaranlar

Müəllif: sumqayitxeber.com • Tarix: 18 May 2013 • Baxış sayı: 441 dəfə • 4 şərh

sebine-deniz

 

 

 

 

 

Bu gün üzərimdə qəribə bir ağırlıq hiss eləyirəm. Demək olar ki, gün boyu eyni mövzunu düşünmüsəm. Hətta bir neçə dəfə kövrəlib dolduğum da olub. Baxsanız heç bir ciddi problemim yoxdu, şükür Allaha hər şey normaldı. Yaşayış, sağlıq, ümumi vəziyyət…Amma… Təkcə bircə şeydən başqa…Əsil-kökümüzün vətəni olan Laçından başqa…Ümumiyyətlə, pafoslu və ağız dolusu vətənpərvərlikdən danışmağı heç sevmirəm. Heç kim inciməsin özüm yaşlarında, vətəndən bolluca dəm vuran birilərini görəndə içimdəki şübhələr o dəqiqə oyanır. Elə bilirəm ki, deyilən misralar, ötrülən kökslər hamısı nəyinsə xatirinədi. Gəlin düz danışaq:

- Axı, necə ola bilər ki, orda doğulmayan, orda yaşamayan, o yerləri ancaq böyüklərinin dilindən eşidib, yuxuda görən bu növcavanlara vətən itkisi, torpaq itkisi bu qədər təsir etsin?! Bu əsla ola bilməz! Yenə də hamını bulamaq istəmirəm.  Özümə əl yeri qoyaraq deyirəm ki, vətənpərvər ruhlu gənclərimiz çoxdu. Mən də təvazökarlıqdan uzaq olsa da elələrindənəm. Başqa cür ola da bilməz. Çünki əbəs deyilmiyib ki, ot kökü üstə bitər. Məni ağrıdan, incidən tamam başqa bir şey də var,  bu gun atamın-babamın doğulduğu torpaqlara ancaq virtual baxa bilirik. Hər dəfə atam, böyüklərimiz elə həvəslə monitorun qarşısında oturub, Laçına gedirik deyirlər ki…Hər dəfə də üzdəniraqların orda özlərinə qurduğu şəraiti görəndə əlləri-qolları bağlı çarəsiz halda qalırlar.  Bunun nə demək olduğunu ancaq yaşayanlar deyə bilərlər. İnsanlar öz evlərini,həyətlərini kosmosdan bapbalaca bir görüntüyə dəyişiblər. Balaca bir nöqtədə oxşarlıq görəndə sevinirlər…Bu bizim məhlə, məktəb, ev deyib az qalırlar ki, monitoru qucaqlasınlar. Təbiətinin ilahi gözəlliyi olan bu əsrarəngiz bölgənin camaatı indi Milin ilan mələyən düzlərinə səpələniblər. Artıq ordan gələn yaşlı nəsil yavaş-yavaş bitmək üzrədi. Çarəsiz qocaların son vəsiyyəti isə acizanə şəkildə oralardan gələn bir ovuc torpaq  olur.

Bu həqiqətən də insanlıq faciəsidi.  Müharibə təkcə şəhid verib, torpaq itirmək deyil nə yazıq ki…21 ildir ki, atalarının şəkillərindən öpərək onunla ovunan uşaqlar, valideynlərinin məzarlarına həsrət qalanlar , uşaqlığının qoxusunu axtaranlar var.  Paramparça səpələnmiş xatirələrin qırıntılarını ordan-burdan toplamaqla məşğuluq. Allah bizə yeni ümidlər versin…

Səbinə Dəniz.

Facebook Şərhləndirmə:

“Monitorda evlərini axtaranlar” yazısına 4 cavab

  1. Zakkaur deyir:

    - Axı, necə ola bilər ki, orda doğulmayan, orda yaşamayan, o yerləri ancaq böyüklərinin dilindən eşidib, yuxuda görən bu növcavanlara vətən itkisi, torpaq itkisi bu qədər təsir etsin?! Bu əsla ola bilməz!

    Tamamile raziyam…

    -Təbiətinin ilahi gözəlliyi olan bu əsrarəngiz bölgənin camaatı indi Milin ilan mələyən düzlərinə səpələniblər.

    Bununla razi deyilem Sebine xanim. Belke xaricden gelenlere gostermek ucun kimlerse hele de milin duzlerindedir. Ancaq gelin razilasaq ki, indi Sumqayitda yaxsi yasayanlarin coxu ele qacqinlardir elece de Lacindan olan qacqinlar. Onlar ki, villalari olsa bele yene de corek pulu alin isiq su ve qazdan pulsuz istifade edir.

  2. Sumqayitli deyir:

    Sebine xanim tamamile haqlisiniz. olke coxlu bos danisanlar.meslehet verenler ve tenqid edenlerden ibaretdir,sozlerile emelleri uyqun gelmeyenler daha coxdur.

  3. Farid deyir:

    her seyi basa dusdum ama yazinin mahiyetini anlamadim

  4. Arzu deyir:

    inanki mende

Şərhinizi yazın