Menu
Geri İrəli

Qocalmağın qarşısını almaq mümkündürmü? – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2017 • Baxış sayı: 210 dəfə • Şərh yoxdur
Share Button

Çoxhüceyrəli canlılarda qocalma müddətini dayandırmaq hüceyrə yenilənməsinə təsir edən, bir-birilə zidd mexanizmlərə görə riyazi olaraq mümkün deyil.

Publika.az xəbər verir ki, elm adamları insan kimi çoxhüceyrəli canlıların qocalmasının riyazi baxımdan qarşısıalınmaz olduğunu iddia edib.

ABŞ-ın Arizona Universitetinin Biologiya kafedrasının professoru Dr. Coanna Masel və araşdırmaçı Paul Nelson yaşamın təbii parçası olan qocalmağın hüceyrə yenilənməsinə təsir edən müxtəlif mexanizmlərin daşıdığı ziddiyyət səbəbilə qarşısıalınmaz olduğunu bildirib. Onların bu mövzudakı araşdırmaları “ABŞ Milli Elmlər Akademiyasının tədqiqatları” (Proceedings of the National Academy of Sciences) dərgisində dərc edilib.

Masel ve Nelson “Hüceyrələrarası rəqabət və çoxhüceyrəli yaşlanmanın qaçınılmazlığı” başlıqlı araşdırma yazısında qocalma müddətinin bəzi hüceyrələrin fəaliyyətinin yavaşlayaraq deformasiya olunduğunu, bəzilərinin isə sürətlənərək xərçəng kimi xəstəlik yaratdığını qeyd edib. Bir-birilə zidd olan bu iki mexanizm eyni anda dayandırıla bilməz. Dolayısı ilə, qocalmağı sağlam şəkildə əngəlləmək mümkün deyil.

Beləliklə, insanların min illərdir suallar verdiyi və heç cür qarşısını ala bilmədiyi qocalığın sirri bu araşdırma sayəsində ortaya çıxıb. Qocalmaq bir təkamül problemi və ya təbii seçmə prosesi deyil. Qocalmaq qaçınılmazdır.

Əgər çoxhüceyrəli orqanizminiz varsa, bu gerçəyi qəbul etməlisiniz.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın