Menu
Geri İrəli

Sarkisyandan geri addım: “Biz müharibə istəmirik”

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Mart 2017 • Baxış sayı: 282 dəfə • Şərh yoxdur

sarksyan orduErmənistan prezidenti Serj Sarkisyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Dağlıq Qarabağda mühabaribə istəmədiyini bildirib.

azvision.az xəbər verir ki, Sarkisyanın sözlərinə görə, Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun köməyi ilə sülh və danışıqlar vasitəsi ilə həll edilməlidir.

“Status-kvo qəbuledilməzdir, biz müharibə istəmirik”, – deyə Sarkisyan vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan prezidenti mətbuata müsahibəsində ölkəsinin müharibəyə hazır olduğunu bəyan etmişdi: “Müdafiə naziri hər an müharibə əmrini gözləməlidir”.

Sarkisyanın bugünkü açıqlamasında “biz müharibə istəmirik” deməsi onun geri addım atmasından xəbər verir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın