Menu
Geri İrəli

Sumqayıtda mağazalardan qadağan olunmuş dini ədəbiyyat və disklər götürülüb

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Noyabr 2016 • Baxış sayı: 295 dəfə • Şərh yoxdur

dini-edebiyyatDaxili İşlər Nazirliyi Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının noyabrın 18-də Sumqayıt şəhəri ərazisində keçirdikləri birgə tədbirlər nəticəsində şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ümumilikdə 328 ədəd ədəbiyyat və 315 ədəd DVD aşkar edilərək götürülüb.

Həmin mağazaların lisenziyası olmadan fəaliyyət göstərmələri də müəyyən edilib.

Faktlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokollar tərtib olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın