Menu
Geri İrəli

Sumqayıtlı idmançıya niyə dəstək olmurlar?

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2010 • Baxış sayı: 408 dəfə • Şərh yoxdur

Sumqayıtlı İdmançı Vüqar Kazımovun atası Kərimbala Kazımovun Azərbaycan Respublikası H.Əliyev fondunun vuqarPrezidenti, millət vəkili Mehriban Əliyevaya ünvanladığı məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Yazib sizi məlum etmək istəyirəm ki, mən Kazımov Kərimbala Kiqboksinq növü ilə məşğul olan Azərbaycan yığma komandasının birinci heyyət üzvü 2006 cı il böyüklər arasında dünya çempionatının gümüş mükafatçısı ölkəmizi layiqincə xarici ölkələrdə təmsil edən bir çox turnirlərin qalibi idmançı Vüqar Kazımovun atasıyam.

Adı çəkilən idmançı Kazımov Vüqar 2009 cu il aprel ayında Azərbaycan çempionatında final döyüşündə rinqdə ayağı burxulması nəticəsində menyusk və ön çarpaz bağı qırılmışdı. Sonra Federasiya bizi Uni klinikaya göndərdi doktorlar dediler ki, bu təcili əməliyyat olmalıdır bizdən 2500 AZN pul istədilər.

Federasiya rəhbərliyi bizə dedi ki, narahat olmayın nə lazımdırsa biz edəcəyik. Klinika rəhbərliyinə telefon ilə zəng edirdilər ki, idmançını əməliyyat etsinlər amma klinika rəhbərliyi bizə deyirdi  ki, onlar pul vermək istəmirlər buda ki, havayı olan şey deyil nə isə pul verilməməsi nəticəsində  doktor dedi ki, menyusku əməliyyat eləyərəm təmannasız amma bağ əməliyyatı üçün biz xaricidən sünü bağ almalıyıq.Buna görə federasiya bizə pul ödəmir idmançı menyuskdan əməliyyat olundu və ön çarpaz bağının təbii sağalmasını Allah ümüdünə bağladı və yenədə bağ əməliyyatının vacib olmasını söylədi. Menyuskunda əməliyyat qiyməti 700 azn idi 300 manatını isə mən verdim ön çarpaz bağı isə pul verilməməsi nəticəsində yarımçıq qaldı.Ön çarpaz bağının nə nəticə verəcəyini bilməkdən ötrü doktor əməliyyatdan  sonra məşqlərə başlamasını və dörd ay sonra yarşlara qatılmasını söylədi.

K.Vüqar iki ay yığmanın məşq toplantılarında Avstriyada keçirilən dünya çempionatına hazırlaşdı və dünya çempionatında Çexiyalı rəqibi ilə

3-0 qalib gəldiyi döyüşdə ikinci raunda yenədə ayağı boşalaraq yerə yıxılır və rinqi xərəkdə tərk edir və təcili xəstəxanaya aparılır. Hətda Avstriyada muayinə xərcləri bizim ev ünvanına gəlir, xərcləri bizim ödəməyimizi tələb edirlər. Halbuki muayinə xərclərini federasiya orda ödəməli idi.

2009 cu il noyabr ayından doktor deyir ki,bağ əməliyyatı təcili olmalıdır. Federasiya bizə neçə aydır söz verir ki, kömək eləyərik amma indi bizə deyirlər ki, heç bir maddi imkanımız yoxdur.

Mən özüm federasiyanın prezidenti Adil Əliyevə telefonla zəng elədim yalvarıb yaxardım kömək istədim amma Adil müəllimdən bir cavab gəlmədi.Mən Sumqayıt şəhər İdman Baş İdarəsindən və Sumqayıt şəhər icra başçısından kömək istədim bizə maddi imkanlarının olmadığını soylədilər. Ərizə ilə İdman Naziri Azad Rəhimova müracət etdim və bu işə ədalətlə yanaşmasını xahiş etdim. Nazirlikdəndə xəbər çıxmadı. Sonra ərizə ilə Hörmətli Prezidentimiz İlham Əliyevə müraciət etdim. Prezidentə ünvanladığım ərizəyə İdman Nazirliyi cavab verdi və idmançını əməliyyat etdirməkdən boyun qaçırdılar və bizi başdan eləyib yola saldılar. Halbu ki, buna operativ olaraq cavab verməli idilər.İdmançının bu vəziyyətdə qalması cinayyətdir. Axı bu idmançı Azərbaycan Milli komandasının üzvüdür. Söhbət dövlətin idmana qayğısından gedirsə dövlət kimdir? Biz kimə müraciət edək? Kimə müraciət ediriksə başdan eleyib yola salırlar.

Azərbaycanda idmana idmançıya qayğıdan danışılır, amma məmurlarımız idmana idmançıya olan qayğıya kölgə salır.

Ölkədə sağlam nəsilin yetişdirilməsi idmana və idmançıya qayğı milli liderimiz Heydər Əliyevin şuarı olmuşdur.

Azərbaycan Kiqboksinq Federasiyası, Idman Nazirliyi idmançıya belə münasibət göstərirsə kömək etməkdən müxtəlif bəhanələrlə qaçırsa Azərbaycan İdmanının adına kölgə salmırmı?

Bu idmançı həyətdə oynayarkən ayağını şikəst eləməyib, ilkin zədəni Azərbaycan çempionatının finalında sora isə müalicə yarımçıq qaldığı üçün Avstriyada Dünya çepionatında zədə təzələnmişdir.

Hörmətli Mehriban xanım!

Hal hazırda K.Vüqar ayağından çox əziyyət çəkir. 1 il 2 aydır ki, Azərbaycanda müraciət etmediyimiz Nazirlik və Dövlət rəhbərliyi qalmayıb amma her kəs bizi başdan eləyib yola salirlar, Allahdan sonra son ümüdümüz sizsiniz.

Təqaütçüyəm aldığım təqaüt bir həftəlik çörək puluma çatmır mənimdə bu əməliyyatı elətdirməyə heç cür imkanım yoxdur çox çətinliklə dolanırıq.

Siz ədalətli bir xanımsınız bu məsələyə ədalətlə yanaşmağınızı və K.Vüqarın əməliyyat olunması üçün köməklik etməyinizi ailəmiz adından xahiş edirik.

Sizin bizə kömək edəcəyinizə inanırıq!

Diqqətiniz üçün öncədən təşəkkür edirəm.

İşlərinizdə sizə uğurlar arzulayırıq!”

sumqayitxeber.com saytı olaraq bu məsələni diqqətdə saxlayacağıq və qarşı tərəflərin də mövqeyini saytımızda işıqlandırmağa hazırıq.

Vüqar Kazımovun döyüşlərini sizlərə təqdim edirik:

Facebook Şərhləndirmə:

Şərhinizi yazın