Menu
Geri İrəli

Üç min il yaşı olan keramik qabin qalıqları aşkarlanıb

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2015 • Baxış sayı: 224 dəfə • Şərh yoxdur

Avstraliya arxeoloqları Yeni Qvineyada üç min il yaşı olan keramik qabin qalıqlarını aşkarlayıblar.

AZƏRTAC ria.ru saytına istinadla xəbər verir ki, qırmızı keramitdən olan qab parçası Yeni Qvineyada alimlərin tapdığı ən qədim dulusçuluq nümunəsidir.

Avstraliya Milli Universitetinin nümayəndəsi Tim Denham bildirib ki, bu, texnologiyanın mədəniyyətlər arasında yayılmasının bariz bir nümunəsidir. Bəzi saxsı əşyalar sonralar dağlarda düzəldilib, yəni dağlıq ərazilərdə yaşayan xalqlar bu əşyaları özləri müstəqil hazırlamağa başlayıblar. Alimin fikrincə, tapılan saxsı qab parçası arxeoloqlara gələcəkdə keramik qabların hazırlanmasının Cənubi-Şərqi Asiyadan Sakit okean sahilləri əhalisinə yayılma prosesini araşdırmaqda kömək edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın