Menu
Geri İrəli

Yanı üstə yatmaq bu xəstəliyin riskini azaldır

Müəllif: Sumqayitxeber.com • Tarix: 10 Avqust 2015 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur

5727ABŞ-ın Stony Brook Universitetindən olan elm adamlarının araşdırması yanı üstə yatmağın beynin təmizlənməsinə üz və ya kürəyi üstə yatmadan daha çox müsbət təsir etdiyini, xəstəlikləırin riskini azalda biləcəyini göstərib.

Bir çox beyin görünüşünü araşdıran alimlər yanı üstə yatmağı ikinci bir dövran sistemi adlandıraraq, orqanizmi toksinlərdən təmizləyən, qan dövranını sürətləndirən, bakteriya və virusları məhv edən limfa sisteminə köməyi olduğu nəticəsinə gəliblər.

Elm adamları yanı üstə yatmanın beyindəki arzuolunmaz kimyəvi birləşmələrin qarşısını aldığını, belə bir vəziyyətdə yatmağın Alzheimerin, Parkinson və digər sinir xəstəliklərinin də riskini azalda biləcəyini vurğulayıblar.

Araşdırmanın nəticələri “Journal of Neuroscience” jurnalında dərc edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın